Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Keçmiş məhkum kişini yumruqla qətlə yetirdi - Azərbaycanda

Baxılıb: 485     Tarix: 15-08-2019 10:17   

Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini bir yumruqla qətlə yetirib.
Qanunvehedef.az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı K. Kərimov T. Hacıyevin baş nahiyəsinə yumruq zərbəsi vurub. T. Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli sayılan K. Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K. Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib.
Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar