Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Keçmiş icra başçısının qardaşı oğluna pul "atan" bu şəxs HƏBS EDİLDİ

Baxılıb: 767     Tarix: 16-08-2019 09:58   

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə X.Balayevin barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbirini ləğv edib, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb. X.Balayev məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.
İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, zərərçəkmiş Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur. 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar