Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dövlətin maliyyə siyasəti Qusar rayonunda uğurla həyata keçirilir

Baxılıb: 947     Tarix: 21-08-2019 15:05   
 
Qusar rayonu üzrə Maliyyə İdarəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsi olaraq Qusar rayonu üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir; Dövlət büdcəsinin Qusar rayonu üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edir; Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinin Qusar rayonu üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin edir; Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir; Qusar rayonu üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflərin hazırlanmasında müvafiq qaydada iştirak edir; İdarənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə Qusar rayonunun yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirir; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Təcrübəli iqtisadçı Kamran Əmirovun rəhbərlik etdiyi İdarənin Xəzinə əməliyyatları sektoru, Büdcə sektoru, Xəzinə əməliyyatları uçotu və hesabatı sektoru, Dövlət gəlirləri və vergilərin proqnozlaşdırılması sektoru səlis işləyir.Əmirov Kamran Miran oğlu 15 mart 1979-cu ildə Qusar şəhərində anadan olmuşdur. Orta təhsilini Qusar şəhər 3 saylı orta məktəbində başa vuraraq 1996-cı ildə Sumqayıt Dövlət Universitetinə daxil olmuşdur. 2000-ci ildə universitetin İnformatika və hesablama texnologiyaları fakultəsini bitirmiş, sonrakı bir ildə Milli Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2001-2004-cü illərdə Qusar təmir-tikinti sahəsində iqtisadcı, 2004-2005-ci illərdə Qusar Rayon Gənclər və İdman İdarəsində məsləhətçi-mühasib, 2005-2006-cı illərdə Qusar Enerji Satışı Şöbəsində nəzarətçi işləmişdir. 2006-cı ildən 2012-ci ilə kimi Qusar Rayonu üzrə Maliyyə İdarəsində aparıcı məsləhətçi, 2012-ci ildən büdcə proqnozu sektorunun müdiri vəzifələrində çalışmışdır.
1 oktyabr 2015-ci ildə Maliyyə Nazirliyinin müvafiq əmri ilə Qusar Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2006-cı ildən YAP-nın üzvüdür.
Ailəlidir, 5 övladı vardır.
Kamran Əmirov öz fəaliyyətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində çalışan dövlət qulluqçularının etik davranış Qaydalarına dəqiq riayət edir. Qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutur. Öz vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsində düzgün mövqe tutur, şəxsi və peşəkar rəftarı qüsursuz, qərəzsizdir. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi sayıla biləcək şəxsiyyət kimi qiymətləndirilir. Kamran müəllim özünün xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinir. Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermir, qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş digər məhdudiyyətlərə əməl edir. Özünün fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada dürüst məlumatlar almasına köməklik göstərir.
Kamran müəllimin fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət edir, heç vaxt insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin edir. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşır və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməyib.
Bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirlidir. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsizdir, siyasi bitərəfliyə əməl edir, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol vermir və bu cür təsir üçün şərait yaratmır. Qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməmişdir.
İnanırıq ki, Kamran Əmirov və onunla çiyin - çiyinə çalışan mütəxəssislər dövlətimizin maliyyə siyasətinin Azərbaycanın modern inkişaf etməkdə olan əyalətlərindən sayılan Qusar rayonunda uğurla həyata keçirilməsi naminə bundan sonra da şövqlə çalışacaqlar..
Pünhan Şükür
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar