Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sayca 20-ci, keyfiyyətcə 1-ci məktəb

Baxılıb: 820     Tarix: 03-09-2019 15:38   
 Paytaxtın 20 saylı məktəb - liseyinin kollektivi 2018-2019-cu tədris ilini uğurlu göstəricilərlə başa vurmuşdur
 
"Qabaqcıl təhsil işçisi, əsl pedaqoq, bacarıqlı rəhbər, təhsilə qiymət verən insanların sevimlisi Səadət xanım olan yerdə hər zaman uğur, qələbə var... Səadət xanım ziyalı və kübar bir ailənin nümayəndəsi kimi daim öz şərəfli missiyasını qoruyub saxlamağa çalışır. Onun nailiyyətlərinin səbəbi də budur - Əsilzadəlik!"
Bu cümlələr Əməkdar müəllim Səadət Veysova dövlət başçısının sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin (1918-2018) yubiley medalı" ilə təltif olunandan sonra onun rəhbərlik etdiyi Bakıdakı Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin feyzbuk səhifəsinə yazılmış şərhlərdən götürülmüşdür.
Sözügedən məktəb-liseyin əsası əsası 1958-ci ildə qoyulub. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəb binası əsaslı şəkildə təmir edilib, 2014-cü ildə isə tam sökülüb, 15 sentyabr 2017-ci ildə yeni bina istifadəyə verilib. İlk dərs günündə Prezident İlham Əliyev və Mehriban xanım açılışda iştirak ediblər. 2017-ci ildə məktəbin direktoru vəzifəsinə Səadət xanım təyin olunmuş və onun rəhbərliyi altında bu təhsil müəssisəsinin yeni dövrü başlanmışdır. Bu gün məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, ümumilikdə, 123 sinifdə 3819 şagird təhsil alır. Burada 263 müəllim çalışır.
20 saylı məktəb - liseyin kollektivi 2018-2019-cu tədris ilini uğurlu göstəricilərlə başa vurmuşdur. Məktəbin məzunlarından Əliyev Əli Rauf oğlu 579 balla Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə, Hüseynli Orxan İlham oğlu 597 balla Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya Təhlükəsizliyi fakültəsinə, Hüseynli Aslan İlham oğlu 633 balla UFAZ Neft və qaz mühəndisliyi fakültəsinə, Məmmədov Kənan Cavid oğlu 639 balla UFAZ Kompüter elmləri fakültəsinə, Gülalıyev Raul Ramiz oğlu 523 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə, Həşimov Əliəskər Rəşad oğlu 550 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinə, Məhərrəmov Emin Məhəmməd oğlu 590 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Hacıyev Çingiz Zərbəli oğlu 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması fakültəsinə, Hüseynov İslam Zahid oğlu 623 balla Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşlar.
Daha əvvəl Respublika üzrə rus dili və ədəbiyyatı olimpiadasında fərqləndiklərinə görə məktəb-liseyin şagirdləri Aytac Rəhimova və Səfurə Qasımova Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Rossotrudniçesto"nun Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən "Qalib” diplomu ilə təltif ediliblər.
Martın 17-də Milli Olimpiya Komitəsində 49 məktəb nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə məktəb-lisey “Ayın məktəbi” adına layiq görüldüyü üçün mükafatlandırılıb.
7 “g” sinif şagirdi Məryəm Nadirova Gürcüstanın Sulhan-Saba Orbeliani Universitetinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Müasir Amerika nəsr əsərlərinin ifadəli oxunuşu” konfransının iştirakçısı olmuş və Sertifikatla təltif edilmişdir.
Mayın 25-də  “Valideynin məktəbdə bir günü”  layihəsinin növbəti mərhələsi keçirilib, valideynlərə övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlıq imkanı yaradılıb, təlim-tədris mühitinin təkmilləşdirilməsi  istiqamətində onların rəy, təklif və tövsiyələri  dinlənilib, nəticə rəhbərlik və pedaqoji kollektivlə müzakirə olunub.


2018-ci il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Yasamal Rayonu İcra Hakimiyyətininin başçısı Əziz Əzizov A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysovanı və məktəbin bir sıra qabaqcıl müəllimlərini “Fəxri fərman”la təltif edib.
A.Hüseynzadə adına 20 saylı tam orta məktəb-liseyin şagirdlərinin idman nailiyyətləri də ürəkaçandır. Bu il iyunun 15-də Milli Qurtuluş Gününə həsr olunmuş yarışda məktəb-liseyin 7-ci sinif şagirdi Abbasova Gülçöhrə,8-ci sinif şagirdi Abbasov Məhəmməd, 9-cu sinif şagirdi Tairov Səid "Açıq Bakı turniri"ndə qaqlib gələrək birinci yerə çıxmışlar. Məktəb-liseyin VI "C" sinif şagirdi Atamov Murad Real Aykido döyüş növünün texnikalarını nümayiş etdirdiyinə görə IV Kyu - narıncı kəmərə layiq görülmüşdür.
Ötən  qış 8 “g” sinif şagirdlərindən ibarət “Real Madrid” və 5 “İ” sinif şagirdlərindən ibarət “Barselona” komandaları arasında yoldaşlıq görüşü keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş 20 Yanvar şəhidlərinin xatirəsinə  həsr olunmuş UŞU Sanda idman növü üzrə Bakı çempionatında 2 “a” sinif şagirdi Nəcəfli Nəcəf qalib gələrək III yerə layiq görülüb.`
Məktəb-liseyin şagirdi Kərimbəyli Nuran Vinq Çun Federasiyası tərəfindən təşkil olunmuş I Bakı Çempionatında Tao-lu kateqoriyasında qalib gələrək II yerə çıxıb.
Aprelin 27-də məktəb-liseyin komandası "Şahin" hərbi-idman oyunlarında Bakı üzrə qalib gələrək, birinci yer tutub.
31 may - 4 iyun tarixində Ukraynanın Odessa şəhərində Beynəlxalq karate turniri keçirilib. "Odessa Open" adlanan yarışa qatılan Azərbaycan komandasının tərkibində 20 nömrəli məktəb-liseyin 2 şagirdi də yer alıb. Məktəbin hər iki şagirdi vətənə medalla qayıdıblar. Bütün rəqiblərinə qalib gələn İlqar Heydərli fəxri kürsünün 1-ci pilləsinə qalxaraq qızıl, Vüqar  Heydərli isə gümüş medal qazanıb.
Azərbaycan Respublikası Karate-Do Federasiyaları Assisiasiyası tərəfindən 2018-ci il ərzində Beynəlxalq və Respublika səviyyəli yarışlarda yüksək nəaliyyətlər əldə etdiyinə görə  məktəb-liseyin şagirdi Ruslan Qasımov  “İlin idmançısı” adına layiq görülmüşdür. Bu siyahını kifayət qədər uzatmaq da mümkündür.
Prezident İlham Əliyevin sərəncamı ilə müəllimlərin əmək haqqının artırılmasından sonra ölkənin bütün tərəqqipərər təhsil işçiləri kimi, Bakı şəhər A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysova və məktəbin pedaqoji ko0llektivi də dövlətimizin başçısına səmim-qəlbdən öz təşəkkürlərini bildirmişlər. Həmin təşəkkürnamə 02 iyul 2019-cu il tarixdə president.az saytında dərc olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" Avropa Gənclər Olimpiya Festivalının 28 illik tarixində ilk dəfə 2019-cu ildə Azərbaycanda keçirilmişdir. 2019-cu ilin fevral ayından etibarən proqrama cəlb olunmuş ümumtəhsil məktəbləri püşkatma zamanı onlara təhkim olunmuş ölkələrin maddi-mənəvi irsi ilə bağlı mədəni tədbirlər, idman həmrəyliyini təcəssüm etdirən silsilə tədbirlər, idman və intellektual yarışlar, fləşmoblar keçirilmişdir. 20 saylı məktəb-liseyin şagird və müəllim kollektivi proqram çərçivəsində təhkim olunmuş Avropa dövlətinin (İspaniya) mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini tədqiq etmiş və müxtəlif tədbirlər vasitəsilə təbliğ etmişdir. "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı"nın həyata keçirilməsində, həmçinin, XV Avropa Gənclər Olimpiya Festivalında yüksək səviyyədə iştirakına, göstərdikləri xidmətlərə və təşəbbüskarlığa görə məktəb rəhbərliyinə, şagird və müəllim kollektivinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşəkkür elan olunmuşdur.
İnanırıq ki, təcrübəli pedaqoq Səadət Veysovanın düşərli rəhbərliyi altında sayca 20-ci, keyfiyyətcə 1-ci olan məktəb həmişə paytaxtın ümumtəhsil müəssisələri arasında avanqard mövqeyini qoruyub saxlaya biləcəkdir.
Günay Raufqızıшаблоны для dle 11.2