Perinçək erməni terrorçuya qoyulan heykəldən danışdı
Baxılıb: 488 Tarix: 04-09-2019 10:58
Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə qarşı təhqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.
Bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək Osmanlı dövlətinin Baş naziri olmuş Tələt Paşanın qatili - erməni terrorçu Soğoman Tehliryana İrəvanda ucaldılan abidə ilə bağlı Azərtac-a müsahibəsində bildirib.
Doğu Perinçək Tələt Paşanın türk millətinin yetişdirdiyi ən böyük fədailərdən biri olduğunu xatırladaraq, sözügedən heykəl əsasında Tələt Paşanın təhqir olunmasını insanlığa qarşı hörmətsizlik adlandırıb. O, bu təhqirə qarşı dünya ictimaiyyəti qarşısında, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində səssiz qalmayacaqlarını qeyd edib.
Ən çox oxunanlar
Son xəbərlər