Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Patruşevin səfəri: Tarixdə görünməyən haldır ki... - Analiz

Baxılıb: 596     Tarix: 04-09-2019 14:37   

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri Rusiyanın “müharibəyə başlamayın” mesajıdır.
Qanunvehedef.axəbər verir ki, bu sözlər “Atlas”Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Patruşevin Azərbaycana səfərinin əsas məqsədlərindən bəhs edilib:
“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşdü. Rəsmi xəbərlərdə vurğulanır ki, Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Birincisi, Nikolay Patruşev az qala ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlədə müzakirə mövzuları dəyişmir. Buna baxmayaraq, bəzən Nikolay Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır. Məsələn, Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı demişdi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür və təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz.
Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. Nikolay Patruşevin avqustun 12-də İrəvana səfəri də bu mövzu ilə əlaqəli olub”.
Şərhdə xatırladılıb ki, Patruşev vaxtilə Rusiya kəşfiyyatına başçılıq edib:
“O, Azərbaycandakı və Ermənistandakı vəziyyət haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malikdir. Üstəgəl, Nikolay Patruşev Prezident Vladimir Putinin ən yaxın adamlarındandır və bir sıra hallarda Kreml sahibinin xüsusi mesajlarını çatdırmaq üçün bu və ya digər ölkəyə səfər edir”.
Təhlildə Paşinyanın təxribatçı çıxışlarından sonra Patruşevin İrəvana səfərinə diqqət çəkilib:
“Rusiya bölgədə müharibənin əleyhinədir. Ancaq Kreml onu da müşahidə edir ki, birincisi, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi haqqındakı məntiqsiz fikirləri bölgədə müharibə riskini artırır, ikincisi, Azərbaycanda münaqişənin güc yoluyla inananların sayı artır və rəsmi Bakı Naxçıvan və Qazax istiqamətlərindəki apardığı əməliyyatlar çərçivəsində Ermənistana qarşı hərbi təzyiqdən istifadəyə meyillənib. Bu gedişat Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Kreml Patruşevi həm İrəvana, həm də Bakıya göndərir ki, hər iki tərəfi lokal toqquşmadan çəkindirsin.
Nikol Paşinyan avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır” dedikdən düz bir həftə sonra Patruşev İrəvana getdi və o rəsmi İrəvanın dəyişən ritorikasının bölgədə müharibə riskini artırdığını erməni həmkarlarına anlatmağa çalışdı. Nikolay Patruşev Paşinyanla görüşə başqa bir missiya ilə də getmişdi.
Paşinyan Vladimir Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. Putin bu yaxınlarda həbsdə olan Köçəryana artıq ikinci təbrik məktubunu göndərib. Budəfəki məktubda o Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib. Siyasi tarixdə görünməyən hadisədir ki, bir dövlətin başçısı digər dövlətdə həbsdə olan siyasətçini iki dəfə ard-arda nəyəsə görə təbrik edir. Bu, Putinin Paşinyana birbaşa mesajıdır ki, səbrimi daşırma!”
Təhlildə o da bildirilib ki, Putin Patruşevin İrəvana səfərləri vasitəsilə Köçəryanın azadlığa çıxmasına nail olmaq istəyir:
“Paşinyan Köçəryan məsələsində Kremlin təzyiqləri ilə üz-üzə qalsa da, eks-prezidenti azad etməklə “Qarabağ klanının” əlini gücləndirmək istəmir. Ancaq Paşinyanın Kremlin Köçəryan məsələsində təzyiqlərinə hansı həddə qədər dözəcəyi sual altındadır”.
Analizdə Patruşevin İrəvan səfərlərinin Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyi kimi, Rusiya Təhlükəsizlik Şurasının katibinin Bakıda müharibənin qarşısını almaq çağırışlarının da Azərbaycanın maraqlarına cavab vermədiyi qeyd edilib:
“Kremlə bölgədə sakitlik lazımdır. Ancaq torpaqların işğalının davamına şərait yaradan sakitlik Azərbaycanın maraqlarına cavab vermir.
Patruşevin Azərbaycana hər səfəri bir maraqlı təsadüflə və ya gerçəkliklə də yadda qalır. O, hər dəfə Bakıda olanda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına yönəlik hansısa önəmli hadisə baş verir. Məsələn, 2017-ci ilin aprelində Patruşev Bakını tərk etdikdən dərhal sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bülənt Bostanoğlu Azərbaycana üçgünlük səfərə gəldi.
Mərkəzin təhlilində Patruşevin budəfəki səfərinin də Azərbaycanla Türkiyənin Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı - 2019” taktiki-uçuş təlimlərinə təsadüf etməsi xüsusi vurğulanıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar