Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Trampla telefon danışığının mətninin yayılması Zelenskini təəccübləndirib

Baxılıb: 446     Tarix: 26-09-2019 11:59   

ABŞ Prezidenti Donald Trampla telefon danışığının mətninin yayılması Ukrayna Prezidenti Vladimir Zelenskinin təəccübünə səbəb olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidneti bildirib ki, bu, onun üçün gözlənilməz olub.
Onun sözlərinə görə, bəzi hallarda belə danışıqların mətni yayımlanmamalıdır.
Bilirsiniz, geosiyasət, hansısa planlar var. Lakin mən bundan qətiyyən qorxmuram”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, ötən gün Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb. ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.
Ukrayna Prezidenti isə öz növbəsində vəd edib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.
Xatırladaq ki, D. Trampla V. Zelenski arasında telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayır. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.
Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar