Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib

Baxılıb: 710     Tarix: 30-09-2019 11:04   

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.
Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.
S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, rus və ingilis dillərində sərbəst danışır. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.



{sape_links}{sape_article}