Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mehriban Sadıqova istefaya göndərildi

Baxılıb: 603     Tarix: 12-02-2020 10:00   

"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".
Bu barədə Modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Məlumata görə, Mehriban Sadıqova qurumun dünən çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.
Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən məlumatı təsdiqləyiblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar