Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ərdoğanın Azərbaycana səfəri başladı

Baxılıb: 974     Tarix: 25-02-2020 13:51   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri başlayıb. “Report” xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıdakı səfiri Erkan Özoral qarşılayıb.
O, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.
İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar