Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SAYCA 13-CÜ, KEYFİYYƏTCƏ 1-Cİ UŞAQ MUSİQİ MƏKTƏBİ

Baxılıb: 1 423     Tarix: 04-06-2018 13:19   
             "13" rəqəminin nəhs olduğu barədə batil inanc mövcuddur. Hətta belə bir mülhizə vardır ki, Azərbaycanda avtomobillərə 13 rəqəmi ilə başlayan dövlət qeydiyyat nişanının verilməməsi də məhz bu inancla bağlıdır. Amma sırada 13-cü, keyfiyyətdə 1-ci olan bir məktəb tanıyırıq ki, təqdirəlayiq fəaliyyəti, qazandığı nailiyyətləri ilə şüurlardakı bu yanlış stereotipi qırmışdır desək, yanılmarıq. Söhbət Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbindən gedir.
            13 saylı Uşaq Musiqi Məktəbi 1935-ci ildə yaranıb. 1985-ci ildən məktəbə Səid Rüstəmovun adı verilib. Məktəbdə 11 ixtisas (fortepiano, violin, tar, kamança, qarmon, nağara, saz, xanəndə, vokal, qanun, klarnet) tədris olunur.
            Məktəbin uğurlarının sırası genişdir. Azərbaycanda keçirilən Televiziya Muğam müsabiqəsində məktəbin şagirdi Əhmədli Almaxanım Qran pri mükafatına layiq görülüb. C.Hacıyevin 100 illik yubileyi münasibətilə keçirilən fortepiano müsabiqəsində İsgəndərova İradə II dərəcəli diploma layiq görülüb. Q.Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bakı Musiqi Akademiyasının keçirdiyi V Respublika müsabiqəsində məktəbin şagirdi Soltanlı Aysel diplomant adına layiq görülüb. Q.Qarayevin 100 illiyinə həsr olunmuş simli-nəfəsli və zərb alətləri üzrə Respublika müsabiqəsində III sinif şagirdi Soltanlı Adil III yerə layiq görülüb.
            Bu il Fransa və İsveçrədə keçirilən pianoçuların Adilə Əliyeva adına 12-ci Beynəlxalq müsabiqəsində məktəbin I sinif şagirdi Seyfullayeva Məsmə Ramil qızı da iştirak edib. 3 yaş həddində keçirilən həmin müsabiqənin fəxri prezidenti bəstəkar drijor, Fransa İnstitutunun fəxri üzvü Loran Petijerar, prezidenti pianoçu, konsert ifaçısı Adilə Əliyeva, fəxri komitənin üzvləri - bəstəkar Radion Şedrin, Tokio, milli Fransa orkestrlərinin baş drijoru Şarl Dütüa, beynəlxalq münsiflər heyyəti, musiqi tənqidçisi və “Amerika record Cuid”nin baş redaktoru (ABŞ) Donald Vron, “Deutseh Cramaphani” səs yazı studyasının art direktoru Suel Filarmonik, orkestrinin artist proqramlarının planlaşdırıcısı (Niderland) Mikayl Fayn, Simfonuk orkestrlər drijoru (Polşa) Boquslav Davedov, musiqi redaktoru və tənqidçisi Helsinki Sonamat (Finlandiya) olub. Möhtəşəm müsabiqədə I sinif şagirdi Seyfullayeva Məsmə bütün jurilərin rəğbətini qazanaraq III yerə layiq görülüb.
            Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlərdən də 13 saylı Uşaq Musiqi Məktəbi də geri qalmayıb. Məktəbin kollektivi Prezident İlham Əliyevin imzaladığı "2018-ci ilin Cümhuriyyət İli elan edilməsi haqqında" sərəncamından sonra bu böyük tədbirə çox ciddi hazırlaşaraq bir neçə tədbir keçirilib. 13 saylı Uşaq Musiqi Məktəbinin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş yekun hesabat konserti Milli Koservatoriyada baş tutub. Konsert rəngarəng və tamaşaçı alqışları altında keçib.
            İstedadlı musiqiçi və ictimaiyyətçi Tofiq Salmanovun rəhbərlik etdiyi dövrdə məktəbdə hər sahə üzrə fəaliyyət proqramı tərtib edilib, onun həyata keçirilməsi üçün bütün real imkanlardan istifadə olunur. Tofiq müəllimin rəhbərliyi altında təlim-tərbiyə işlərinin keyfiyyəti yüksəlməklə yanaşı, məktəbdənkənar tədbirlərin də keyfiyyəti və kəmiyyəti daha da genişləndirilmişdir. Müəssisə nəinki rayon, eyni zamanda respublika əhəmiyyətli təqvim günlərinə həsr olunmuş tədbirlərdə də yaxından iştirak edir. Bundan başqa, məktəbin uğurlu göstəricilərindən biri də burada təhsil alan uşaqların ixtisasları üzrə respublikamızın musiqiyönümlü müxtəlif məktəblərə daxil olmasıdır. Məktəbin rayonun müxtəlif müəssisələri, o cümlədən mədəni-maarif müəssisələri ilə birgə keçirdiyi tədbirlər onun əhali tərəfindən daha da yaxşı tanınmasına və bunun sayəsində uşaqların kütləvi şəkildə məktəbə cəlb olunmasına böyük təsir göstərir. Məktəb təkcə uşaqlara musiqi təhsili verməklə kifayətlənmir, eyni zamanda onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına da diqqəti artırır.
            Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Qanun və hədəf" qəzeti də gələcəyimiz olan uşaqların estetik zövqünün formalaşmasına əhəmiyyətli töhfələr verən 13 saylı Uşaq Musiqi Məktəbinin uğurlarını diqqətlə izləyir, məktəbin tədbirlərinə qatılır, yetirmələrinin nailiyyətlər barədə məlumatları öz oxucuları ilə bölüşür. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə qonaq qismində qəzetimizi jurnalist kollektivimizin rəhbəri Ziyadov Mehman müəllim təmsil etdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiq Salmanov şagirdləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi və onlara bol-bol müvəffəqiyyətlər arzuladı. Tofiq müəllim həmçinin görüşdə iştirak edən valideynlərə də tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirdi, ümid ifadə etdi ki, övladları onların da, müəllimlərinin də zəhmətini hədər etməyəcək, davamlı uğurları ilə hamını sevindirəcəklər. Olduqca rəngarəng keçən tədbirdə söz verilən baş redaktorumuz çıxış edərək gənc istedadlara, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına töhfə verən məktəbin kollektivinə uğurlar arzuladı.  
                                                                                                                                             Elnurə



 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar