M.F.Axundovdan aşıq şeiri
Baxılıb: 1 017 Tarix: 10-06-2018 16:19
Kulis.az “Bazar oxusu” layihəsindən M.F.Axundovun “O yara məni” təcnisini təqdim edir.
Əsiriyəm bir dilbərin ki, əgər
Xəncərlə şan-şan o yara məni,
Visalından bullam həyati-tazə
Yəqin bil, öldürməz o yara məni.
Əmən məmən neylər cənnətin narın?
Düzəxə bənzətməm firqətin narın,
Rişteyi-can olmuş telindən narın
Dilər eldən: yetir o yara məni.
Dərdə kimin vardır mən tək davamı.
Eşqin məriziyəm, sən ver dəvamı.
Hər aşiqin candır eşqində vamı,
Göstərməsin malı o yara məni.
Rəqiblərdən gəlləm sənə divanə,
Göstərmə rüsxarın sən bu divanə.
Yolunda bil hər aqilü-divanə.
Salsa çətin dağı o yara məni.
Ciyərdəndir gözümdən tökdüyüm hər dəm,
Atəşi-suzandır çəkdiyim hər dəm,
Can quşunu avaz edəndə hər dəm,
Oxur zülfündəyəm, o yara məni.
Digərləri:
Nəriman Həsənzadə “Nə qəribədir”
Zəlimxan Yqub “Yavaş yeri”
Əlisəmid Kür “Kentavr”
Vaqif Bayatlı “Qardaşım ağaclar”
Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”
Musa Yaqub “Taleyin qisməti”
Ramiz Rövşən “Ayrılıq”
Səməd Vurğun “Mən tələsmirəm...”
Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”
Ələkbər Salahzadə “Bir də gördün”
Məmməd Rahim “Saldı qara gözlərin”
Bəxtiyar Vahabzadə “Bir salama dəymədi”
Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”
Eldar Baxış "Gecənin bir aləmi"
Murad Köhnəqla “Dərdalgin”
Şaiq Vəli “Meyxanəçi”
Aqşin Yenisey “Kənd”
Əli Kərim "Atamın xatirəsi"
Tofiq Bayramın “Ay gecikən məhəbbətim”
Ramiz Rövşənin Məhəmməd Hadiyə həsr etdiyi şeir
Rasim Qaraca. "Əgər ən yaxın dostun"
Əlizadə Nuri. "Ana"
Vaqif Səmədoğlu. "Sevgilim mən öləndə"
Xanəmir. "Uşaq qəbri"
Məmməd Araz. “Ana yurdum, hər daşına üz qoyum”
Əli Kərim “...xatirəsinə”
Musa Yaqub “Klassiklərə bənzətmə”
Əli Kərim. "Qayıt"
Xəlil Rza. "Azadlıq"
Əliağa Vahid. "Qəzəl"
Məmməd İsmayıl “Təzədən mən sənə qayıdacağam”
Şəhriyar del Gerani “Bütün küçə uşaqlarına...”
Rəsul Rza "Şuşam mənim"
Ən çox oxunanlar
Son xəbərlər