Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu yollar nəzəratə götürülür – DYP-dən xəbərdarlıq

Baxılıb: 752     Tarix: 13-06-2018 16:21   

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti təhsil ilinin başa çatması ilə əlaqədar vətəndaşlara müraciət edib.
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Qanunvehedef.az-a bildirib ki, bu münasibətlə orta məktəblərdə keçirilən "son zəng" tədbirləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək: "Məlumdur ki, həmin gün məktəblərdə bayram tədbirləri keçiriləcək. Buna görə də, vətəndaşlara müraciət edirik ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı son dərəcə diqqətli olsunlar. Xüsusilə məzunlara, sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi ilə bağlı sürücülər unutmasınlar ki, inzibati xəta tərkibi yarana bilər. Unutmasınlar ki, hər an yol qəzaları törədilə bilər. Həmin gün təhsil müəssisələrinin yerləşdiyi ərazilərdəki küçə və yollarda nəzarət gücləndiriləcək və yol polisi əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparacaqlar".
V.Əsədov bildirib ki, həmin ərazilərdə həmçinin avtomobillərin parklanması, dayanma və durma qaydalarına riayət edilməlidir. Yol polisləri tədbirlər başa çatana qədər həmin ərazilərdə, dayanma, durma və parklanmaya ciddi nəzarət edəcək, qaydaları pozan sürücülər barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək: "Həmin ərazidə süni sıxlığın yaranmaması və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təmin edilməsi üçün sürücülərdən xahiş edirik ki, dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər, piyadalar isə gəzintiyə çıxarkən yalnız onlar üçün nəzərdə tutulan zolaq üzrə hərəkət etsinlər və səkilərdən istifadə etsinlər".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar