Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Akif Əlizadə: "AMEA-da magistratura təhsilinin təşkili kadr problemini həll etməyə imkan verir"

Baxılıb: 726     Tarix: 28-06-2018 16:29   

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsilin təşkili bizə kadr problemini həll etməyə imkan verir.
Qanunvehedef.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, Akademiya kadr çatışmazlığı problemi yaşamamaqdan ötrü magistraturada oxuyanlar arasında seçim edə və gələcək kadrlarımızı hazırlaya bilir.
A.Əlizadə deyib ki, AMEA-da bir çox sahələr üzrə tədqiqatlar aparılır: "Azərbaycan alimləri artıq dünya səviyyəsində önəm verilən istiqamətlər - biotexnologiya, biofizika üzrə tədqiqatlar aparırlar. Alimlərin biofizika istiqamətindəki tədqiqatlarına diqqət bir az da artırılmalıdır".
AMEA prezidenti onu da əlavə edib ki, innovativ tədqiqatların həyata keçirilməsi texnoparklar vasitəsilə mümkündür: "Fikrimcə, MDB məkanında Azərbaycanda olan kimi texnopark yoxdur. Belarusda yaranan texnopark aqrar yönümlüdür. Onun fəaliyyət istiqaməti bizimkindən fərqlənir".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar