Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Baş nazir kəskin istilərlə əlaqədar sərəncam imzaladı

Baxılıb: 589     Tarix: 04-07-2018 14:30   

Baş nazir Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar Sərəncam imzalayıb.
Bu barədə Qanunvehedef.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.
Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
Həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.шаблоны для dle 11.2