Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Putinin yaxın adamı azərbaycanlı oliqarxın obyektinə göz dikib

Baxılıb: 699     Tarix: 27-04-2018 17:15   
 Azərbaycan əsilli oliqarx, sifarişli qətllərdə ittiham olunan və axtarışa verilən Telman İsmayılovun Moskvadakı aktivlərindən birini-məşhur "Safisa" şadlıq sarayını Kremlə yaxın oliqarx ələ keçirmək istəyir.
Qanunvehedef.az virtualaz.org-a istinadən xəbər verir ki, "Rostex"in rəhbəri Sergey Çemezovun dostu və partnyoru Vitali Maşitski T.İsmayılova verdiyi 2 milyard rubl borcun əvəzində şadlıq sarayına göz dikib.
"Safisa" şadlıq sarayını 2015-ci ildə T.İsmayılovun AST şirkətlər qrupuna daxil olan "LİMN" şirkəti "Metropoliya" adlı şirkətə investisiya payının əvəzində verib. "Metropoliya" isə aktivi Rostovda qeydiyyatdan keçən "Yeni idarəetmə texnologiyası" adlı şirkətə ötürüb. Bu şirkətin kimə məxsus olduğu məlum deyil, amma İsmayılovun kreditorlarının vəkilləri hesab edirlər ki, həmin struktur biznesmenin maraqlarını təmsil edir.
"Safisa" şadlıq sarayına ötən il T.İsmayılova yüz milyonlarla dollar kredit verən və geri ala bilməyən "Bank Moskva" iddia qaldırmışdı. Bankın vəkilləri bildirirdi ki, obyekt Rostov şirkətinə 49 illiyə icarəyə verilərkən bazar dəyərindən aşağı qiymət hesablanıb. Şirkətin vəkilləri isə qiymətin aşağı olmadığı, əksinə, bazar dəyərindən də yuxarı olduğunu irəli sürüb. Hazırda "Safisa"nın bazar dəyəri 9 milyon dollara yaxındır.
"Safisa" şadlıq sarayı oliqarxların və Moskva elitasının sevimli məkanı kimi tanınır. Orada milyarder Mixail Qutseriyev oğlu Səidə dəbdəbəli toy edib. Habelə "Taşir" şirkətlər qrupunun rəhbəri, erməni oliqarx Samvel Karapetyan da oğlunun toyunu orada keçirib. Bir çox dünya ulduzları şadlıq sarayının səhnəsində çıxış ediblər.
Aprelin 17-də Arbitraj məhkməsinin iclasında aydınlaşıb ki, obyektə iddiaçı qismində üçüncü tərəf kimi daha bir kreditor-biznesmen Vitali Maşitski də qoşulmaq istəyir. Maşitski "LİMN" şirkətinin səhmlərinin 100 faizini girov saxlayır. Maşitskinin nümayəndəsi bildirib ki, onlar obyekti əldə edib açıq hərracda satmaq istəyirlər. Bildirilir ki, Maşitski 2011-ci ildə T.İsmayılova developer layihəsi üçün 2 milyard rubl borc verib. Maşitski 90-cı illərdə Boris Yeltsinin işlər idarəsinin rəhbəri Pavel Borodinin etibarlı bankirlərindən olub. O, "Sidanko" neft şirkətinin aktivlərinin alqı-satqısı zamanı varlanıb, hazırda "Rostex"in strukturları ilə ortaq biznesi var.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar