Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bank məcburi köçkün ailəsini küçəyə tökməkdə israrlıdır

Baxılıb: 485     Tarix: 11-07-2018 18:06   

Redaksiyamızın poçtundan:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə

Surəti: Azəbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: "Qanun və Hədəf"  beynəlxalq ictimai-siyasi hüquq qəzeti redaksiyasına

Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 4, mənzil 35 ünvanda məskunlaşmış Laçın rayonundan məcburi köçkün ailəsinin övladı Əliyeva Gülbəniz İbad qızı tərəfindən
                                                        ƏRİZƏ

Məlum hadisələr zamanı mənim valideynlərim erməni daşnakları tərəfindən didərgin salınıb Sumqayıt şəhərinə pənah gətirdikləri zaman mən onların küçədə qalmaqlarına rəğmən əvvəldən Sumqayıtda qeydiyyatda olduğumdan, "FİNOKO" BOKT ASC (Bakı şəh., C.Cabbarlı 609, Giobas Center, 9-cu mərtəbə) 1,5 məzənnə ilə 30 000 (otuz min) ABŞ dolları civarında kredit götürüb yuxarıda qeyd etdiyim ünvanda ev alıb qaçqın bacı və qardaşımın ailə üzvlərini həmin ünvana yığmışam.
ABŞ dollarının mızınnəsi 1,70 olduğunda mən həmin məzənnə civarından bir neçə ay 950 (doqquz yüz əlli) ABŞ dolları ödəmişəm. Atam-anam vəfat etdiyində başım onların hüznünə qarışdığından bir ara bankın kreditini ödəyə bilməmişəm. Həmin vaxt bank verdiyi kreditin üstünə ikiqat faiz qoyaraq kredit məbləğimi 60 000 (altmış min) ABŞ dolları səviyyəsinə qaldırıbdır. Mənim üzərimə bank tərəfindən bunca absurd ağır yükün qoyulmasına baxmayaraq bu kredit məbləğinin təmin edilməsi naminə hər ay 800 (səkkiz yüz) manat ödəmək istəyimi bank qəbul etməyərək, müxtəlif bəhanələr gətirərək bu gün evimizi hərraca çıxarmışdır. Evimizi əlimizdən alıb düşmən tərəfindən didərgin salınmış məcburi köçkün ailəsini küçəyə tökməkdə israrlıdır.
Sözügedən bu neqativ situasiyanı nəzarətə götürüb müvafiq tədbir görülməsinə dair aidiyyati məsul qurumlara göstəriş verməyinizi rica edirəm. İnanır və ümid edirəm ki, mənim zəhmət-qazancımla ev alıb qaçqın və məcburi köçkün qardaş-bacılarımın məskunlaşdırdığım mənzildən bank tərəfindən çıxarılmamasının qarantı olacaqsınız.
Hörmətlə,
Çülbəniz Əliyeva
AZE N 03016051
 05/07/2018 ci il.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar