Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyəyə aparılan eks-nazir Fazil Məmmədovdan yeni xəbər var

Baxılıb: 553     Tarix: 12-07-2018 13:22   

Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyənin "American Hastahanesi"ndə müalicəsini davam etdirir.
Türkiyədəki mənbənin Modern.az-a verdiyi məlumata görə, F.Məmmədovun səhhəti tam normallaşıb. Sadəcə, bir müddət həkim nəzarətində olmasına qərar verildiyi üçün xəstəxanadan buraxılmayıb və sabiq nazir hazırda "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.
Onun Azərbaycana dönməsilə bağlı dəqiq vaxtın bilinmədiyi qeyd edilib.
Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanıb.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar