Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“BU BİR MESAJ İDİ Kİ, SABİTLİYİNİZLƏ ÖYÜNMƏYİN…” – Vitse-spikerdən ŞOK açıqlama

Baxılıb: 438     Tarix: 23-07-2018 14:17   

“Mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a müsahibəsində səsləndirib.
Jurnalistin “Amma məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, xəstəliklər adətən müqaviməti zəifləmiş insana, yaxud da hansısa problemli orqana daha çox sirayət edir və ağır fəsadlara səbəb olur. Bu mənada baş verənlərin səbəblərinin həm də hansısa bölgədə problemlərin olması, məmur-vətəndaş münasibətlərindəki neqativlərdə axtarılmasına necə baxırsınız? Bəlkə xarici kəşfiyyat orqanları həm də problemli nahiyələri aşkar edəndən sonra orada işləməyə, xain əməllərini reallaşdırmağa qərar veriblər. Bu arqumentlərlə razısınızmı?” sualına cavab olaraq B. Muradova bildirib:
“Bilirsiniz, problem olmayan ölkə yoxdur. Bu gün ən inkişaf etmiş ölkələrdə belə, sizin dediyiniz məsələlər üzrə zəif nöqtələr tapmaq və onun vasitəsilə müəyyən fəaliyyətlər planlaşdırmaq olar. Nəzəri cəhətdən bu, mümkündür. Amma mən düşünmürəm ki, konkret indiki hadisələr sizin dediyiniz məsələlərlə sıx bağlıdır. Sadəcə, burada Gəncə hadisələrini ənənəyə çevirmək istəyənlər və Azərbaycanı qarışdırmaq üçün, elə azərbaycanlıların öz şüuruna “bəli, bu bölgədə, bu nöqtədə problem var və hər dəfə də burdan başlanır” deyə, bunu qəbul edilən fakta keçirmək niyyətləri də var. İndi siz baxın, Gəncə Azərbaycanın ən çox inkişaf etmiş regionlarından biridir və Bakıdan sonra böyük şəhər, özü də dünya miqyasına çıxmış bir şəhərdir. Bu şəhərdə son illər xalqın rifahı, regionun inkişafı, imkanların artırılması üçün xeyli işlər görüldüyünü heç kəs inkar edə bilməz. Məhz Gəncənin seçilməsi də təsadüfi deyildi. Amma mən məsələyə başqa yöndən yanaşmaq istərdim. Məsələnin digər bir tərəfi nədənsə qaranlıq qalır.
Biz daha çox bizə yönəldilən istiqamətə getmək istəyirik ki, bəli, guya burada problemlər olub və problemlər olduğu üçün də zəif nöqtəmiz buradır. Əksinə, mən Gəncəni ən çox inkişaf etmiş, Azərbaycanın müasir dövr yeritdiyi siyasətə daha çox dəstək verən, öz bölgəsini, öz şəhərini sevdiyi kimi, bütövlükdə Azərbaycanı inkişafda görmək istəyən və bunun üçün çalışan insanların yaşadığı bir region hesab edirəm. O demək deyil ki, digərləri belə deyil. Amma bu regionun inkişaf göstəriciləri belə deməyə əsas verir. Cənab prezidentin regionların inkişafı ilə bağlı qəbul etdiyi proqramlar, orada ayrı-ayrı regionlarda reallaşdırılması nəzərdə tutulan istiqamətlər və onun nəticələri əlbəttə ki, vacibdir. Konkret olaraq bu bölgəyə yönəldilən diqqət, ayrılan vəsait, onun icrası tapşırılan şəxslərin seçimi, bütün bunlar çox ciddi amildir. Amma mən burada məsələni məmur-vətəndaş qarşıdurmasına bağlamaq istəyənlərlə razılaşmıram. Əksinə, bizə verilən mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik. Yəni Azərbaycan öz hərbi gücü, iqtisadi potensialı, vətəndaşlarının sosial durumu və daxili sabitliyi ilə çox da öyünməsin. Hesab edirəm ki, mesaj bu şəkildə yönəldilib“.
Vitse-spiker bildirib ki, Gəncə hadisəsi Azərbaycana qarşı bir təhdid olub: “Bəli, təhdiddir. Bu, planlaşdırılmış bir işdir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar