Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ÖLKƏNİN ELEKTRİK TƏSƏRRÜFATINDA YARANMIŞ QISAMÜDDƏTLİ BÖHRAN BƏRDƏNİN SUVARMA SİSTEMLƏRİNİN IŞINDƏ PROBLEM YARATMAMIŞDIR

Baxılıb: 624     Tarix: 25-07-2018 12:23   

Suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, yeni suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.Bərdədə vaxtaşırı olaraq rayon İcra hakimiyyəti binasında Pambığın suvarılması və qarşıda duran vəzifələrə dair müşavirə keçirilir. Müşavirədə İcra hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov, kənd və qəsəbələrdə fəaliyyət göstərən su assosiasiyası işçiləri iştirak edirlər.
Qeyd olunamalıdır ki, rayonda pambıqçılığın suvarma suyu ilə təminində, suyun bölüşdürülməsi və növbəli verilməsində ərazilərdə problemlər yoxdur. Qarşıya çıxan çətinliklərin dərhal və operativ həlli üçün Suvarma Sistemləri İdarəsinə, kənd və qəsəbələrdə fəaliyyət göstərən su assoisasiyasının işçilərinə lazımi tapşırıqlar verilir. Diqqətəlayiq haldır ki, iyun ayının ilk günlərində Mingəçevirdə baş vermiş qəza ilə bağlı ölkənin elektrik təsərrüfatında yaranmış qısamüddətli böhran Bərdənin suvarma təsərrüfatının işində problem yaratmamışdır.
Sərdar müəllimin rəhbərlik etdiyi Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı və cari təmir olunur. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Sərdar müəllimin dəfələrlə qeyd etdiyi kimi, dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Belə qayğılı münasibətdən ruhlanan Bərdə  rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində işlər də tamamlanmışdır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar