Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Hərbi sirlə bağlı təkliflər hazırlanıb”

Baxılıb: 724     Tarix: 10-08-2022 11:07   

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı işgüzar konfrans keçirilir.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kamran Əliyev sosial şəbəkələrdə yayılan informasiyaların cəmiyyətin həyatına və dövlətin fəaliyyətinə təsirlərinin artdığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə dövlət sirri, hərbi sirr hesab edilən informasiyaların dəqiqləşdirilmədən yayılması kimi hallara çox rast gəlinir. Baş prokuror bu məsələ ilə qanunvericiliyə müvafiq dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını da diqqətə çatdırıb.
Fotolar: Müzəffər İsmayılov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar