Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Dövlət obyektində əxlaqsızlıqla məşğul olublar, bu, yolverilməzdir”

Baxılıb: 721     Tarix: 17-08-2022 11:13   

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük rezonans yaradıb. Artıq məsələyə Baş Prokurorluq da münasibət bildirib. Qeyd edilib ki, faktla bağlı hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Prokurorluq həmçinin sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırıb.
Yayılan məlumatlardan məlum olur ki, görüntüləri elə FHN əməkdaşı Zaur Mirzəyev özü telefonu vasitəsilə lentə alıb. Bəs videonun çəkilməsi və paylaşılması hansı məsuliyyət yaradır? Həmin şəxs həbs oluna bilərmi?
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas, media eksperti Ələsgər Məmmədli bakupost.az -a açıqlamasında bildirib ki, baş verən hadisə məkan baxımından da hüquqi problemdir:
“Dövlət vəsaiti hesabına təchiz olunmuş kabinet, sırf dövlətin mənafeyi üçün fəaliyyət göstərmək lazım ikən, şəxsi məqsəd üçün istifadə olunub. Bu ayrılıqda bir problemdir. Bunun hüquqi məsuliyyəti var və qurum özü zəruri addımlar atacaq. Digər bir məsələ, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata qanunsuz müdaxiləni nəzərdə tutur. Qarşı tərəfin razılığı olmadan onun videosu çəkilibsə, həmin şəxs hüquqlarını qorumaq baxımından məhkəməyə müraciət edə bilər”.
Ə.Məmmədli vurğulayıb ki, hadisə hər iki tərəf üçün məsuliyyət yaradır:
Ümumilikdə hadisənin özü, həmin şəxsin davranışları, dövlət qulluqçusu, paqon daşıyan tərəflər olaraq hər biri üçün ayrıca məsuliyyət yaradır. Çünki bunlar dövlət obyektində əxlaqsız hərəkətlərlə məşğul olublar. Bu da yolverilməz haldır. Dövlətin etibar etdiyi qurum və həmin quruma aid olan bütün avadanlıqlar şəxsi həyat üçün istifadə oluna bilməz. Şəxsin icazəsi olmadan çəkilənlərin daha sonra yayılması şəxsi həyata müdaxilə aspektindən cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir”.
Ekspert vurğulayıb ki, vəzifəli şəxs üçün bu hadisə 2 ilədək azadlığın məhdudlaşdırılması deməkdir:
“Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
• vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
• məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə -3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.шаблоны для dle 11.2