Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün gündəlikdəki məsələlər - Açıqlandı

Baxılıb: 518     Tarix: 27-08-2022 16:55   

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Bunun da irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, burada asanlaşdırıcı tərəflərə ehtiyac var. Hazırda Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərilir və Azərbaycan bunda maraqlıdır".
Qanunvehedef.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemləridir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir.
“Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi, Zabux və Sus kəndlərində Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi və bu ərazilərin ölkəmizin tam nəzarətinə keçməsi bir daha ona dəlalət edir ki, cənab Prezident nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi imkanlardan və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Dünən cənab Prezident o tvitlə müharibə dövründə yaşadığımız sevinci hər bir Azərbaycan vətəndaşına bir daha yaşatdı”, - deyə Hikmət Hacıyev əlavə edib.шаблоны для dle 11.2