Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məleykə Abbaszadədən 596 balla "kəsilən" abituriyentin işi ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - FOTO

Baxılıb: 457     Tarix: 16-08-2018 16:00   

"Bu ilin qəbul kampaniyasının əsas mərhələsi başa çatıb və artıq ümumi nəticələr açıqlanıb. Proses tam şəffaf keçib".
Qanunvehedef.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, DİM bu gün ümumi nəticələrlə bağlı tədbir keçirəcəkdi, lakin fövqəladə hal baş verdi: "Yüksək bal topladığı halda ali məktəbə qəbul olmadığını iddia edən abituriyent İbrahim Əsgərli və bu məlumatı sosial şəbəkədə paylaşan Kamran Əsədovu tədbirə dəvət etmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz açıqlanıb. Hər bir abituriyentlə bağlı məlumatı yalnız onun razılığı əsasında açıqlaya bilərik. Biz hətta qanun pozuntusuna yol verən abituriyentlər haqqında belə fərdi məlumatları yaymırıq".
Daha sonra M.Abbaszadə İ.Əsgərlinin valideynlərinin razılığı əsasında onun imtahan nəticələri barədə açıqlama verib: "Hər bir abituriyent imtahan verəndən iki gün sonra onun bal arayışı hazır olur. Hətta onun cavab kartının qrafik təsviri də internetdə verilir. Sonuncu imtahan iyul ayının 26-da keçirilib. İbrahim Əsgərli yaz imtahanında 410 bal, yay imtahanında 451 bal toplayıb. İnternet saytda həmin abituriyentin arayışı, qrafik təsviri də verilib.
Cavab kartları oxunan zaman bizim işimizi Xüsusi Mühafizə Xidmətinin işçiləri müşahidə edir. Kartlar qapalı arxivə vurulur, möhürlənir. Bizim o kartlara əlçatmaq imkanımız yoxdur. İnternetdə yerləşdirilmiş kartlarda bütün məlumatlar əks olunub. Ona görə də bu abituriyentin 596 bal toplaması barədə iddiası qəbul olunmur. Biz cavab kartlarını yalnız məhkəməyə təqdim edirik. Bu məsələnin ictimailəşdirilməsini nəzərə alaraq Xüsusi Mühafizə Xidmətinə müraciət etdim. Bizim işgüzar nüfuzumuza zərər vurulduğuna görə bu məlumatı yayanları məhkəməyə verəcəyik. Biz ondan təkzib etməsini istədik, lakin etmədi, ona görə də onu məhkəməyə verəcəyik. Bu məsələni nə biz, nə valideyn ictimailəşdirib. Valideynlərdən biri bizim, Xüsusi Mühafizə Xidmətinin əməkdaşı və bir media nümayəndəsi ilə möhürlənmiş yerdən kartları götürüb baxsın".




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar