Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

BƏRDƏNİN SUVARMA TƏSƏRRÜFATINI BƏRBAD EDƏN ƏHMƏDOVLAR RAYONDA KÜTLƏVİ ETİRAZ YETİŞDİRİRLƏR

Baxılıb: 625     Tarix: 13-09-2018 15:30   
Daimi oxucularımız bəlkə də xatırlayarlar, "Qanun və hədəf" qəzetinin internet səhifəsi olan "Qanunvehedef.az" saytında Bərdə rayonunda suvarma təsərrüfatının təşkili işinin təqdirəlayiq səviyyədə olduğu barədə məqalə təqdim olunmuşdu. Yazıdakı məlumatlar Bərdə rayon Suvarma Sistemləri İdarəsinin hesabatlarından götürülmüşdü. Təbii ki, hər bir müəssisənin fəaliyyətinin nəticəsi ona rəhbərlik edən şəxsin qabiliyyətindən əhəmiyyətli dərəcədə asılı olduğundan, məqalədə idarə rəisi Sərdar Əhmədovun adı bir neçə yerdə çəkilmiş, onun öz vəzifəsinin öhdəsindən məharətlə gəldiyi vurgulanmışdı.Lakin sonrakı hadisələr göstərdi ki, Bərdənin suvarma təsərrüfatında vəziyyət heç də tam ürəkaçan səviyyədə deyilmiş. Rayon sakinlərinin, ələlxüsus da kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin yazıya redaksiyası özünü çox gözlətmədi. Belə ki, redaksiyamıza zəng açan Bərdə zəhmətkeşləri bizə irad bildirməyə başladılar. Bildirdilər ki, Sərdar  Əhmədov və Bərdə Subartezina Quyularının İstismarlı İdarəsinin rəisi Natiq Əhmədov təsərrüfatların suvarma suyu ilə təminatı məsələsi ilə möhtəkirlik edir, su istifadəçiləri arasında ayrı-seçkilik edir, sözün həqiqi mənasında "at oynadır". Uzun illər eyni sistemdə çalışması onda özündən razılıq sindromu yaradıb və elə bilir ki, dövlət üçün vazkeçilməz kadrdır, xalqla hesablaşmasa da olar.Bərdəlilər Sərdar və Natiq Əhmədovların özbaşınalığının əsas səbəbini rayon rəhbərliyinin ona və başqa məmurlara xalqa xidmət olduqlarını başa salmaması ilə əlaqələndirirlər. Redaksiya olaraq, rayonun suvarma təsərrüfatında yarıtmaz vəziyyətin yaxşıya doğru dəyişməsi üçün hansı tədbirlərin görülməsinin planlaşdırıldığı barədə məlumat almaq üçün Bərdə Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə zəng vurduq. Amma çifayda, telefonu qaldıran olmadı. Ardından hardasa gündüz saat  15 - 16 radələrində cənab Sərdar Əhmədovun özü ilə telefon bağlantısı qurduq. Əvvəlcə telefonu açmadı. Təxmin elədik ki, yəqin iş reqlamenti gərgindir deyə vaxtı yoxdur. Bir az keçəndən sonra yenidən onu aradıq. Bu dəfə telefonu açar-açmaz "Mən hamamda çimirəm" deməklə bağlantını kəsdi
Çox maraqlı və paradoksal haldır: Bərdə fermerləri gündüzlər suyun verilməməsindən şikayətləndikləri, suyun bir səhər, bir də axşam saatlarında buraxıldığını bildirdikləri halda, suvarma rəisi iş vaxtı duş qəbul edir. Heç bir vicdan əzabı çəkmədən. Bu utancverici faktı Bərdə RİH-nin başçısı cənab Vidadi İsayevin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri hörmətli Əhməd Əhmədzadənin yüksək diqqətinə çatdırmağa çalışacağıq.
Bu il İyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərmişdi. Hadisə faciə ilə sonuclanacaqdısa, onun  təhlükə vəd edən bir tərəfi bir insanın, bir ailənin faciəsi olacaqdı. Amma digər tərəfi olduqca mənfi tendensiyaya çevrilməsi ehtimalı idi. Axı 3 iyul Gəncə hadisələrinin üstündən cəmi bir neçə gün keçmişdi və iğtişaşlar Zərdaba və digər rayonlara da sıçraya bilərdi. Bu nöqteyi-nəzərdən, Bərdə rayon rəhbərliyi də ehtiyatlı olmalıdır ki, Sərdar və Natiq Əhmədovlar kimi məmurlar insanların həyat mənbəyi olan sərvətlər üzərində sərəncamvericilik səlahiyyətlərindən sui-istifadə edib kütləvi etirazlara səbəbkar olmasınlar. Belələrinə xatırladılmalıdır ki, axı siz kimsiniz ki? Milli Qəhrəman deyilsiniz, dünya şöhrətli alim deyilsiniz, istedadlı ixtiraçı deyilsiniz, bayrağımızı beynəlxalq arenalarda dalğalandıran olimpiya çempionu deyilsiniz. Suyun krantını açıb - bağlayansınız daa.
"Qanun və hədəf"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar