Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Gömrükdə islahat: 5 məmurun əvəzinə biri... – Sədr

Baxılıb: 576     Tarix: 12-09-2018 11:10   

Bu gün Dövlət Gömrük Komitəsində “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu ilin 8 aylıq yekunlarına həsr olunan tədbirdə çıxış edən Komitə sədri Səfər Mehdiyev struktur dəyişikliyindən danışıb:
“Prezidentin fərmanına uyğun olaraq, Komitənin strukturu yeniləndi. Bütün bunlar işin şəffaf və çevik təşkil olunmasına yönəldilib. Struktur dəyişikliyinin səbəbi məhz sərhəd-keçid məntəqələrində beynəlxalq standartların formalaşdırılması ilə bağlıdır. Yeni struktur dəyişikliyi ilə beş məmur əvəzinə bir gömrük məmuru gömrükdəki malları rəsmiləşdirərək başa çatdıracaq”.
Səfər Mehdiyev bildirib ki, aparılan struktur islahatları işin keyfiyyətini artırıb:
“Əvvəllər Sınıq Körpü gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 16-17 minə çatıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 milyon sərnişinə xidmət edir. Bu, rekord göstəricidir.
Qeyd edim ki, struktur dəyişikliyi Avropa standartlarına uyğun formada təşkil olunub”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar