Baş nazir təsdiq etdi - Fərhadov və nazir müavini işdən çıxarıldı
Baxılıb: 759 Tarix: 04-10-2018 14:04
Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
Report xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
Müşahidə Şurasının sədri
Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə Şurasının üzvləri:
İlqar Fəti-zadə - maliyyə nazirinin birinci müavini
Mətin Kərimli - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev - İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev - “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai - BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru
Guido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.
***
Siyahının təsdiqləməsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Gəray Fərhadov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılmış sayılıblar.
Gəray Fərhadov baş nazirin müavini Əli Həsənovun xalası oğludur.
Ən çox oxunanlar
Son xəbərlər