Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Polis mayoru polkovniki təkzib etdi: Var, hətta çoxdur!

Baxılıb: 677     Tarix: 04-10-2018 14:08   

Xaliq Faiqoğlu MMC-nin ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət etməsi müəyyən müzakirələrə səbəb oldu.
Qanunvehedef.az xəbər verir ki, bir çoxları avtobus sürməyin qadın üçün çox ağır iş olduğunu bildirsə də, təşəbbüs sərnişinlərin ürəyincədir.
Lakin hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda avtobus sürmək üçün tələb edilən “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsinə sahib qadınların yox səviyyəsində olduğunu bildirib. Hətta Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a açıqlamasında bildirib ki, ölkə üzrə avtobus idarə etməyə imkan verən “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib qadın yoxdur.
Maraqlıdır, Azərbaycanda doğurdanmı “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi olan qadın yoxdur? Ümumiyyətlə, bunun üçün müraciət edən olurmu?
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev açıqlamasında bildirib ki, Azərbaycanda “D” və “DE” kateqroriyasında sürücülük vəsiqəsi olan xanımlar var:
“Bu kateqoriyalı sürücülük vəsiqəsi olan xanımlar kifayət qədərdir. Bunun üçün müraciət edənlərin də sayı az deyil. Bununla bağlı hər il xeyli sayda müraciət daxil olur. Düzdür, konkret olaraq onların sayı barədə bir söz deyə bilmərəm, ancaq hazırda kifayət qədər “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsinə sahib xanımlar var”.шаблоны для dle 11.2