Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İlk dəfə dolları onda gördüm – Mahmudov “ləqəbi”ndən danışdı

Baxılıb: 720     Tarix: 04-10-2018 15:24   

O zaman prezident Ayaz Mütəllibov istefa verdi. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərini icra etmək Ali Sovetin ixtiyarına keçirdi. Prezident səlahiyyətlərini icra edərkən məni qısqananlar daha çox oldu.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri 1992-ci ildə Azərbaycan parlamentinin sədri olmuş, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Modern.az-a müsahibəsində deyib. O, söhbət zamanı həmin dönəmlərdə haqqında yayılmış şayiələrə, xüsusən “Dollar Yaqub” adlandırılmasına münasibət bildirib:
“Özlərindən söz düzəltmişdilər də. Heç o vaxt dollar vardı ki?! Mən dolların üzünü belə görməmişdim. Bunu qəsdən ortaya atmışdılar. Çünki SSRİ dövründə dollar olmayıb. Bir dəfə Mütəllibovun zamanında nümayəndə heyəti ilə Türkiyəyə getmişdik. O zaman Türkiyənin Milli Bankından hərəmizə 170 dollar verilmişdi. Orada Rusiya rublu işləmirdi. Bizə də orda istifadə etməyimiz üçün dollar verilmişdi”.
Yaqub Məmmədov hazırkı maddi durumundan da söz açıb:
“Nə mənim, nə də övladlarımın biznesi var... O boyda vəzifələrdə çalışdım, bir dəfə də olsun özümə ev almadım. İndi də anamın adına olan evdə yaşayıram. Halbuki, vəzifədə olarkən yüzlərlə adama ev vermişəm. Arada həyat yoldaşım əsəbiləşəndə deyir ki, o boyda vəzifələrdə oldun, heç özünə bir gün ağlamadın. Nə yaxşı ki, etmədim. Hər yerdə villa ucaltmağın uğurlu sonu olmur. Adamı daş-qalaq edib cəmiyyətdən uzaqlaşdırırlar. İnsan içinə çıxmağa üz də qalmır”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar