Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Mühüm yenilik: sahibkarın vergi yükü azaldılarsa... – Şərh

Baxılıb: 504     Tarix: 10-10-2018 15:05   

Bu addım müsbət nəticələrə səbəb ola bilər.
Bu sözləri Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarovun sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi ilə bağlı fikrinə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, ümumiyyətlə, vergi yükünün azaldılmasına ölkədə çox ciddi ehtiyac var:
“İqtisadiyyatın inkişaf səviyyəsi kontekstindən məsələyə baxsaq, Azərbaycanda vergi yükü dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2017-ci ildə ölkədə vergi yükü 39,6% olub. Bu da kifayət qədər yüksək göstəricidir. Azərbaycanda iqtisadi gəlirlərin əhəmiyyətli hissəsi neft gəlirlərindən formalaşır. Bu şərtlər daxilində bu qədər yüksək verginin olması doğru deyil. Məsələn, Azərbaycanla bənzər iqtisadiyyatlara malik Qazaxıstanda mövcud göstərici 29%-dir. Yaxud neft istehsalçısı olan ölkələrdə - Qətərdə, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında bu göstərici 17% təşkil edir”.
Ekspert vurğulayıb ki, bu məsələ iqtisadiyyatın, əsasən də qeyri-neft sektorunun inkişafı qarşısında duran əsas maneələrdən biridir:
“Yeni vergi yükünün azaldılmasına yönəldilən yanaşma bu istiqamətdə mövcud problemin müəyyən bir hissəsini aradan qaldıra bilər. Problemlərdən biri də sadələşdirilmiş vergi yükünün çox olmasıdır. Bildiyiniz kimi, sadələşdirilmiş vergi məhz ümumi dövriyyədən tutulur və paytaxt üçün 4, regionlar üçün 2% ətrafında müəyyənləşdirilib. Nəzərə alsaq ki, burada müəyyən məhdudiyyətlər də vardır. Qanunvericiliyə uyğun olaraq, aylıq dövriyyəsi 200 min manatdan aşağı olan şirkətlər, sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləri hesab olunur.
Amma məsələ ondan ibarətdir ki, son 4 ildə konyektura əhəmiyyətli səviyyədə dəyişib. Şirkətlərin bir qismi avtomatik olaraq, ƏDV ödəyicisinə çevrilib.
M.Cabbarovun dediyi təklif ondan ibarətdir ki, regionlar üçün 1%, paytaxt üçün 2% sadələşdirilmiş vergi müəyyənləşdirilsin. Eyni zamanda maksimum hədd 200 min manatdan 400 minə manata qədər artırılsın”.
İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsində nəzərdə tutulan dıyişikliklər baş verərsə, sahibkarlar ilk növbədə vergi yükünün təzyiqindən azad olacaq:
“İkincisi, Azərbaycanda kifayət qədər “kölgə iqtisadiyyatı” var. Əgər biznesin leqallaşdırılması hədəf olaraq müəyyən edilibsə, hökumət təşviqedici mexanizmlərdən istifadə etməlidir. Onlardan biri də vergi yükünün azaldılmasıdır. Atılan addım gələcəkdə sahibkarların öz fəaliyyətini leqallaşdırması yönündə istəklərini artıra və ümumi biznesin leqallaşma prosesini sürətləndirə bilər. Belə olan halda sahibkarların mənfəət norması yüksələcək, gəlirləri artacaq. Mənfəət normasının yüksəlməsi ilə sahibkar öz biznesinə əlavə yatırımlar etməsi imkanlarını da artıracaq. Bu da sahibkar üçün əlavə maliyyə mənbəyinə çevriləcək. Çünki Azərbaycanda sahibkarların ümumi problemlərindən biri də məhz maliyyə məsələsidir”.
İqtisadçı qeyd edib ki, əsas maliyyə mənbələrindən biri bank sektoru hesab olunurdu:
“Amma banklar da son 3 ildə demək olar ki, kreditləşmədə o qədər də maraqlı deyil. Bu şərtlər daxilində vergi yükünün azaldılması sahibkar üçün yığım imkanlarını artırmaqla əlavə maliyyə mənbəyi rolunu oynaya bilər ki, Azərbaycan iqtisadiyyatında buna çox ciddi ehtiyac var. Çünki Azərbaycan iqtisadiyyatı yeni bazar qaydaları əsasında formalaşmaqda olan iqtisadiyyatdır. Burada ilkin kapitalyığma prosesi demək olar ki, yenicə başlayıb və ciddi ehtiyac vardır ki, təşəbbüslər hansısa formada kapitallaşdırılsın və iqtisadiyyat inkişaf etsin”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar