Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Axı mənim ailəm nə üçün bu tip informasiyalardan narahatçılıq keçirməlidir? - DEPUTAT

Baxılıb: 505     Tarix: 11-10-2018 15:09   

"Sosial şəbəkələrlə bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişiklik edilməsinə ehtiyac var".
Qanunvehedef.az-ın məlumatına görə, bu fikirləri "ölkə.az"a açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva bildirib.
Xanım deputat deyib ki, son zamanlar sosial şəbəkələrdə saxta profillərin sayı həddindən çox artıb:
"Saxta profillərlə Azərbaycanın tanınmış ictimai xadimləri, öndə gedən simaları və görkəmli ziyalıların şərəf və ləyaqətləri təhqir olunur, onlara qarşı böhtan kampaniyaları aparılır. Sosial şəbəkələrdə saxta profillərlə insanlara xoş olmayan hadisələr baş verir, fikirlər bildirilir. Hər birimiz bu cəmiyyətin üzvləriyik. Kimliyindən asılı olmayaraq, bir insan barəsində hər hansı mənfi rəy yazılanda və informasiya yayılanda, həmin insanın ailə üzvlərinə zərər vurulur, narahatçılıq yaranır, həmin şəxsin cəmiyyətdəki mövqeyi zədələnir və sairə. Yəni, sosial şəbələrdə aparılan bu cür xoşagəlməz kampaniyalar insanları sarsıdır, cəmiyyətdə mənəvi dəyərlərin aşınmasına təsir göstərir. Bu gün sosial şəbəkələrdə kifayət qədər məqsədli şəkildə ailə dəyərlərinin, milli dəyərlərin, din və mentalitetin zədələnməsi üçün işlər aparılır, yalan və əsası olmayan məlumatlar yayılır, bu isə insanları təşvişə salır. Misal üçün, bu yaxınlarda Azərbaycanda elektrik enerjisinin kəsilməsi ilə bağlı problem yarananda sosial şəbəkələrdə "panika" yaratmaqla məşğul olan xeyli sayda hərəkətlər oldu. İnsanları təşvişə salmaq lazım deyil. Ümumiyyətlə, cəmiyyəti həyəcanlandırmaq lazım deyil. Bu cür hadisələrdə cəmiyyəti möhkəm həmrəyliyə və birləşməyə səsləmək lazımdır. Yoxsa ki, sosial şəbəkələrdə hərbi xəbərlərin yayılması cəmiyyətdə nə qədər fikir ayrılıqları, həyəcan yaradır, nə qədər əsgər valideyni təşviş içində olur. Yəni, bu gün sosial şəbəkələrdə psixoloji baxımdan insanlarımızı həddindən çox həyəcanlandıran məlumatların yayılması halları həddindən çoxdur. Xalqımızın mənafeyi baxımından mən sosial şəbəkələrlə bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini vacib hesab edirəm".
S.Əliyeva qeyd edib ki, hər bir insan özünün sosial məsuliyyət hissini dərk etməlidir:
"Nəyi etmək olar, nəyi isə etmək olmaz, insanlar bunu dərk etməlidir. Ya biz insanlara sosial məsuliyyət hissini aşılmalıyıq, ya da bunu qanunla tənzimləməliyik. Çünki sosial şəbəkələr və virtual aləm artıq bizim həyatımızın tərkib hissəsinə çevrilib. Biz orada virtual olaraq varıq. Deməli, biz orada da öz məsuliyyətimizi ciddi şəkildə dərk etməliyik. Düşünürəm ki, biz ya maarifləndirmə, ya da qanunu yolla bunu tənzimləmək məcburiyyətindəyik. Bunun üçün də mən Cinayət Məcəlləsinə əlavə və dəyişikliyin tərəfdarıyam. Sosial şəbəkələrlə bağlı qanunun sərtləşdirilməsinə ehtiyac var. Çünki sosial şəbəkələrdə və mediada yazılan bu tip xəbərlərdən zərər çəkmiş adamlardan biriyəm. Baxmayaraq ki, bununla bağlı hər hansı məhkəmə orqanlarına müraciət etməmişəm, ancaq hər bir halda mən və ailəm bu cür məsələlər olanda çox həyəcan keçirir, fikir edir. Axı mənim ailəm nə üçün bu tip informasiyalardan narahatçılıq keçirməlidir? Mən evimdə şəxsiyyət formalaşdırıramsa və bu cür informasiyalar ona zərər yetirirsə, sonra uşaq gəlib məndən soruşur ki, bu nə məsələdir və sairə. Biz harada olmağımızdan asılı olmayaraq bu cəmiyyətin üzvləriyik. Cəmiyyətin üzvləri də toplum olaraq bir-birinə hörmətlə yanaşmalıdır".
Deputat bildirib ki, sosial şəbəkələrdə mövcud olan aqressiyanı azaltmaq lazımdır:
"Çünki aqressiya cəmiyyətin gələcəyinə xoş heçnə vəd etmir"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar