Beyləqanın icra başçısı qarovulçunu döyüb burnunu sındırdı, şəhidin ruhuna söydü - VİDEO
Baxılıb: 934 Tarix: 02-05-2018 11:40

Onun sözlərinə görə qarovulçuluq etdiyi tikinti sahəsində üç dəmir konstruksiyanın guya oğurlandığı haqda icra başçısına xəbər çatıb. Əslində isə həmin konstruksiyaları tikintini aparan şirkət özü təmir etdirmək üçün Bakıya, zavoda geri qaytarmışdı.
Rahil Əliyev deyir ki, icra başçısı polisin müşaiyəti ilə gözlənilmədən tikinti ərazisinə gəlib. Bu zaman icra başçısı bərk sərxoş vəziyyətdə olub və hətta ayaq üstə güclə durumuş.

"Ancaq o məni eşitmək istəmədi, başladı qışqırmağa. Özümü, valideyinlərimi pis söyüşlərlə söydü. Dedim xahiş edirəm söymə, mənim şəhidim var. Buna da məhəl qoymadı, bu dəfə şəhidimin ruhunu ağır söyüşlərlə təhqir etdi..."-Rahil Əliyev danışır.

İcra başçısı qarovulçunu döyəndən bir gün sonra şirkət Bakıdan dəmir konstruksiyaları qaytarıb. Rahil Əliyev qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib. Amma telefon hədəfə dəyməyib və yerə dəyərək parçalanıb.
"Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam"-Rahil Əliyev deyir.//Virtualaz.org
Ən çox oxunanlar
Son xəbərlər