Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Şərə qarşı döyüşən adam

Baxılıb: 646     Tarix: 15-10-2018 13:38   

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam".
Bu, sadəcə, vəd deyildi! İllər öncə söylənmiş bu sözlər çağdaş siyasi tariximizə öz damğasını vurdu...
Dünya siyasi arenasında çox siyasətçi vəd verməyi sevir. Lakin az sayda siyasətçi bu vədləri unutmaq üçün vermir. Yalnız o şəxslər böyük siyasətdə lider ola bilir ki, onlar dediyi sözə, içdiyi anda xilaf çıxmır və onları reallaşdırır. Sözü Əmələ çevirməyi bacarır...
Siyasi vədlər - "Political promise": Çox maraqlıdır ki, siyasi lüğət bu termini "tez-tez tərk edilir" deyə şərh edir.
Amerikada formalaşan "siyasi vəd" anlayışı barədə birmənalı fikir yoxdur. Araşdırmalara görə, 1945-ci ildən üzü bəri bütün dünya üzrə verilən siyasi vədlərin cəmi 20 faizi yerinə yetirilir. Bu anlayışın yarandığı ABŞ-da Henri Trümandan başlamış Barak Obamaya qədər heç kəs verdiyi vədə sonadək əməl etməyib.
Trüman II Dünya Müharibəsindən sonra iqtisadiyyatı gücləndirəcəyinə, münaqişələrə qoşulmayacağına söz vermişdi. Sözünü tutmadı və az sonra Soyuq müharibə və Koreya savaşını başlatdı.
Corc Buş 2000-ci ildə "Əsas məqsədimiz qoşunlarımızın xaricdə döyüşməsinin qarşısının alınmasıdır. Mən bunun qarşısını almaq üçün gəlirəm" vədini verdi. Cəmi üç il sonra Amerika İraqda dəhşətli müharibəyə başladı.
Barak Obama 2008-ci ildə Kubadakı Quantanamo həbsxanasını bağlayacağı vədini verərək prezidentlik kürsüsünə yiyələndi. Artıq 2015-ci ilin sonuna yaxınlaşırıq, "dünya həbsxanası" hələ də mövcudluğunu saxlayır.
"Vədlər unutmaq üçündür" - bu fikri özlərinə "qalxan" edən siyasətçilər sanki "qaydalar pozmaq üçündür" kimi zəiflərin özünümüdafiə instinkti ilə hərəkət edirlər. Və tarix göstərir ki, bu cür şəxslər liderə çevrilə bilmir, onlar siyasi sistemin içində əriyib gedirlər.
O isə stereotipləri qırmağı bacardı, siyasi fəaliyyəti boyunca bütün sözlərini yerinə yetirdi və bu prinsipiallıq onu təkcə öz ölkəsinin deyil, regionun liderinə çevirdi.
Saymon Sinek "Nə ilə başlamaq?" kitabında yazır: "Ən təsirli liderlər arxasınca getmək məcburiyyətində olduqlarımız deyil, arxasınca getməyə can atdıqlarımızdır".
Prezident İlham Əliyev Azərbaycan insanını öz arxasına getməyə məcbur etmədi, əksinə, hər kəsə seçimində azadlıq tanıdı. Prinsipial, sadə və ədalətli olan bu lider xalqa lazım idi. Xüsusilə 2003-cü ildə Avrasiyanın nəhəng liderlərindən olan Heydər Əliyevi itirən xalqın onun kimi liderə ehtiyacı var idi. Bu ehtiyac xalq olaraq özünəinamdan və gələcəyə ümiddən doğurdu.
Azərbaycan xalqı Heydər Əliyev zirvəsindən sonra məhz onun kimi lider gözləyirdi. Ədalətli və güclü. İlham Əliyev o ədaləti və gücü təmin etdi.
... 2003-cü il. Siyasi müxalifətin və Azərbaycanı diz çökdürməyə can atan dünyadakı güclərin qalib gələ bilmədiyi Heydər Əliyev dövrü başa çatdı. Xalq kədər içində idi. Siyasi fürsətcillər isə bayram edir və xəyallarında artıq iqtidarı "bölüşdürürdülər". Azərbaycanı ölkə olaraq ram etmək və istədiyi yola sürükləmək istəyən beynəlxalq qüvvələr də sevinirdi. Lakin dünyada zəif liderlərin verdikləri vədləri unutduqları kimi onlar da bir şeyi unudurdu. Heydər Əliyev öz davamçısını yaratmış və Azərbaycanı əmin əllərə təhvil vermişdi: Ədalətli, güclü və sadə azərbaycanlının ümid yeri.
Azərbaycan siyasi tarixinin ən gənc lideri olaraq prezident səlahiyyətlərinə başlayan İlham Əliyev bu ölkəni sevməyənlərin bütün "gözləntilərini" alt-üst etdi. O, ədalətli və qətiyyətli oldu. Xalqına qarşı humanist, düşmənlərə qarşı amansız oldu.
"İrsi və genetika sistemi ilə keçən tarazlı, yetişkən kodlar"
Genetika elminə görə, hər bir insanın daşıdığı gen onun həyat fəaliyyətini istiqamətləndirən kodlardır. Heydər Əliyev əzəməti də İlham Əliyevin genetik kodundadır və o, ən azından bu ölkəni sahib olduğu gücdə saxlamalı idi. Lakin İlham Əliyev ona əmanət edilən Azərbaycanı genetikasında olan müdriklik və humanist düşüncə ilə dünyada söz sahibi olan məmləkətə çevirə bildi.
Ən kiçik ölkələr belə güclü liderlərlə ən güclü məmləkət ola bilərlər.
Tarix bunun mümkünlüyünü sübut edib və bu, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda yenidən təşəkkül tapdı.
Amerikan alimi Peter Druker deyir ki, "İnsan şəxsi keyfiyyətlərinə görə lider olur və onun rəhbərlik etdiyi ölkə də ona bənzəyir".
Fikrimizcə, Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri ümumiyyətlə "lider necə olur?" sualına cavab tapmaqda tədqiqatçılar üçün əhəmiyyətli sahədir.
"İlahi İlham"
Onun siyasi həyatı liderliyin ümumi elementlərinə spesifik keyfiyyətlər daxil edir.
Xarizma: Yunan dilində "İlahi İlham" anlamına gələn bu məfhum hər bir siyasətçi üçün vacibdir. 1972-ci ildə dünya sosioloqlarının apardığı araşdırmaya görə, xarizma dedikdə ilk növbədə xarici görünüş yada düşür, xüsusilə boy amili burada vacib element kimi qeyd olunur.
Futuroloq Kun Kopper "Sözsüz əlaqə" kitabında bu haqda yazır: "ABŞ prezidentləri arasında uzunboylu olanlar qısa boyluları həmişə üstələyib". Onun fikrincə, xarizmada boy fərqi xüsusi rol oynayır. Bu baxımdan, "İlahı İlham" Prezident İlham Əliyevin duruşunda əks olunur. Və maraqlıdır ki, araşdırmalar xarizmanın daha çox anadangəlmə, yəni genetik olaraq keçdiyini sübut edir.
Lakin xarizma təkcə görünüşlə yekunlaşmır. Onun tam olması üçün natiqlik və ünsiyyət bacarığı, həmçinin, sadəlik, səmimiyyət kimi elementlər vacibdir.
Natiqlik: Prezident İlham Əliyevin yerli və beynəlxalq platformalarda çıxışı zamanı onun bir natiq üçün vacib olan "materialın icadı və hazırlanması, yaddaş, plan üzrə danışmaq" kimi prioyomlarından ustalıqla istifadə etdiyi diqqət çəkir. O, çıxışı boyunca eyni fikri heç vaxt ikinci dəfə təkrarlamayacaq qədər güclü natiqdir.
Ünsiyyət: Regionda və qlobal dünyada gərgin siyasi proseslərin getməsinə baxmayaraq, Prezident İlham Əliyevi tez-tez xalq arasında görürük. Xüsusilə bölgələrə səfərləri zamanı o, insanlarla arasında məsafə qoymur, onlarla birbaşa təmasa keçərək söhbətlər aparır. Misal üçün, ötən il Gəncə şəhərinə səfəri zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva küçədə Emin adlı orta məktəb şagirdi və onun valideyni ilə görüşür. Məktəbli "müəllimim danışmışdı ki, bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir" deyə bildirir. Mehriban xanım Əliyeva "Sən də bizi dəvət et, biz də sənin ad gününə gələk" deyə sanki azyaşlının ürəyindən xəbər verir. Daha sonra biz dövlət rəhbəri və xanımının Eminin doğum gününü birlikdə keçirdiklərini görürük. Bu, dünyanın az sayda liderində olan "verdiyin sözü tutmaq" yanaşmasından irəli gələn faktordur və təbii ki, burada səmimiyyətin də payı böyükdür.
Səmimiyyət sadəlikdən irəli gəlir. Prezident İlham Əliyevin sadəliyi hər şeydən öncə öz vətəndaşı ilə arasında məsafə tanımamasındadır. Onun 2011-ci ildə doğum gününü səngərdə əsgərlərlə birlikdə keçirməsi məhz vətənpərvərliyi və sadəliyindən irəli gəlirdi. Sonrakı illərdə dövlət başçısının təmtəraqsız, ailə üzvləri ilə birlikdə sadə doğum gününü keçirdiyinin şahidi oluruq.
Mehriban xanım Əliyevanın 2009-cu ildə TASS-a müsahibəsində dediyi "Həyat yoldaşımın 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: "Biz səni çox sevirik". Bu, onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun üstündədir" sözləri Prezidentin sadəliyinə ən gözəl nümunə hesab oluna bilər.
Bəli, doğum gününü səngərdə keçirən, sadə çərçivəli fotonu ən böyük hədiyyə olaraq qəbul edən bu şəxsiyyət Azərbaycan lideridir. O, millətinin yanındadır. "Hər bir vəzifəli şəxs bu xalqın qulluqçusudur" deyə "şəffaflıq" prinsipinə əməl edəndə də, "Azərbaycan güclü dövlət olacaq" deyə inamla addımlayanda da, "Ölkədə yoxsul insan qalmamalıdır" deyərək hədəflərini müəyyənləşdirəndə də o, Azərbaycan insanını düşünür, onun rifah içində, rahat və təhlükəsiz yaşaması uğrunda mübarizə aparır.
"Mübarizə ruhu": Prezident İlham Əliyevin bu keyfiyyəti liderlik məfhumunda yeni elementdir.
"Hər-hansı məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən".
Konfustinin tarixə keçən sözləri onun siyasi fəaliyyətində əks olunur. O, öz şəxsi həyatını, sağlamlığını, istirahətini və sakitliyini bu ölkəyə, bu millətə qurban verir. Biz istirahət günlərimizi rahatlıqla keçirəndə o, beynəlxalq səfərlərə çıxır, biz istirahətimiz üçün planlar quranda o, şəxsi istək və arzularından imtina edərək, bizim təhlükəsizliyimizi düşünür. Biz doğum günümüzdə doğmalarımızla bir yerdə olanda o, səngərdə olur. O, bir əsgər kimi, bir komandan kimi bu Vətəni qoruyur. Bəli, pafosdan uzaq və mübaliğəsiz deyə bilərik: O, liderdir, Azərbaycanın hazırki mövcudluğunda inkişafa əsas TƏMİNATÇI olan lider.
... 2004-cü il. Zabitimiz Ramil Səfərov Macarıstanda bayrağımızı təhqir edən erməni zabitini məhv etdi və macar polisi tərəfindən saxlanıldı. 2006-cı ildə keçirilən məhkəmə iclasında zabitimiz ömürlük azadlıqdan məhrum edildi.
Ermənistan özünü "qalib" kimi aparırdı, Azərbaycanda bəzi siyasi müxalifəti iqtidarı ittiham edirdi. Opponentləri (onların opponent ola bilmə gücləri olmasa da) Prezident İlham Əliyevin bu məsələyə"zəif reaksiya" verdiyini əllərində bayraq etmişdi. O isə susurdu və səkkiz ildən sonra Ramil Səfərovu Azərbaycana gətirtdirdi və ona azadlıq verdi. Həmin vaxtadək heç kəsin Prezidentin Ramilin azadlığı üçün etdiyi fədakarlıqlardan xəbəri yox idi. Çoxları bu azərbaycanlı zabitdən əlini birdəfəlik üzmüşdü. Prezident isə səssiz siyasət aparırdı. Və günün birində Azərbaycan zabitini, öz vətəndaşını dəmir barmaqlıqdan xilas etdi. Bu Azərbaycanın Ermənistana çox güclü, tutarlı diplomatik zərbəsi idi. Və bu, Prezident İlham Əliyevin mübarizə ruhunun nə qədər sarsılmaz, Qarabağa bağlılığının nə qədər qırılmaz olduğunu bir daha sübut etmiş oldu...
"Səssiz diplomatiya": Soyuq savaş dönəmindən sonra beynəlxalq münasibətlərdə diplomatiya ön plana çıxdı və aktiv, passiv, çoxaspektli kimi müxtəlif nəzəriyyələri ilə səciyyələnir.
Beynəlxalq münasibətləri nəzəri və praktiki səviyyədə dərindən bilən Azərbaycan lideri mövcud siyasi gedişlərin hər birindən ustalıqla yararlana bilir. Lakin fikrimizcə, onun siyasi fəaliyyəti beynəlxalq münasibətlər sisteminə praktiki və nəzəri olaraq yeni fon verir. Bu, məhz Prezident İlham Əliyevin apardığı "səssiz diplomatiya"dır: "Düşmənin kiçik qələbələrini seyr etmək, gözləmək və lazımı anda həlledici zərbəni endirmək". Və təbii ki, bütün bunların arxasında onun dərin zəkası, əzmi və vətənpərvərliyi mühüm rol oynayır.
Prezident İlham Əliyevin praktiki siyasəti və dövlət idarəçiliyi çoxvektorlu təhqiqat mövzusudur. Bu baxımdan, kiçik bir yazıda hər şeyi əhatə etmək sadəcə olaraq mümkünsüzdür. Lakin ümumi fonda bunu bir neçə kateqoriyaya bölmək olar.
Xarici siyasət:
- Bu siyasət nəticəsində Azərbaycan dünyada Qərblə Şərqi birləşdirən əsas strateji bölgəyə çevrildi.
- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əvəzedilməz alternativi oldu. Bu, ölkəmizin beynəlxalq arenada söz sahibi olması üçün vacib amildir.
- Azərbaycan az sayda ölkənin əldə etdiyi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu.
Daxili siyasət:
- Ölkə daxilində vətəndaşların təhlükəsizliyi tam şəkildə həyata keçirildi.
- Azərbaycanda milli, etnik və ideoloji qarşıdurmalar üçün potensial təhlükələr aradan qaldırıldı.
- Ölkədə radikalizm, ekstremizm kimi dövlətə qarşı olan təhdidlər aradan qaldırıldı.
- Azərbaycan siyasətində siyasi şantaja yer verilmədi. Milli mənəviyyatımıza uyğun siyasi mədəniyyət, siyasi etika yarandı.
Tarixiliyə önəm verilməklə dövlətçilik ənənələrinə ehtiram formalaşdırıldı
İqtisadi siyasət:
- Azərbaycan kredit alan ölkədən kredit verən ölkə kateqoriyasına keçdi.
- Beynəlxalq investisiyaların ölkəyə axını təmin edildi.
- Xarici ölkələrə investisiya yatırımları edildi.
- Ərzaq təhlükəsizliyi təmin olundu.
- Neft kapitalı insan kapilına çevrildi.
Sosial siyasət:
- Bürokratik əngəllər aradan qaldırıldı.
- Dünyada Azərbaycan modeli olan ASAN Xidmət yaradıldı.
- Yoxsulluq dünya göstəricilərinə görə ən aşağı həddə endirildi.
- Dövlət büdcəsinin əhəmiyyətli hissəsi sosial yönümlü layihələrə ayrıldı.
Çörçil deyirdi ki, "Siyasətçinin ictimai xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, ictimai xadim isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir".
Bütün fəaliyyəti ilə Prezident İlham Əliyev də məhz gələcək nəsilləri düşünən ictimai xadim olduğunu göstərir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın azad olunması həmişə onun prioritet məqsədi olaraq qalır. O, bunu heç kimə güzəştə getmir. Yəqin çoxları xatırlayır: illər öncə ABŞ prezidenti Barak Obamanın İstanbulda keçirilən beynəxalq tədbirə dəvətindən məhz Dağlıq Qarabağ məsələsində Azərbaycanın əleyhinə atılacaq addımları qəbul etməmək üçün imtina etmişdi. Onun bu sərt mövqeyi Türkiyəyə "Sərhədlərini Ermənistanla üzünə aç" deyə təzyiq edən beynəlxalq gücləri yerində oturtdu. Dünyaya meydan oxuyan Rusiya dövlətinə öz haqlı mövqeyini qəbul etdirməyi bacardı. "Azərbaycan bayrağı Xankəndində, Şuşada dalğalanacaq" deyə əsas hədəflərimizi müəyyənləşdirdi.
"Güclü olmalıyıq"
"Dünyada beynəlxalq hüquq normaları arxa plana keçirilib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq". Prezident İlham Əliyev dünyadakı siyasi tarazlıqları ağılla ölçür və qalib gəlməyin ən unikal yollarını müəyyənləşdirir.
Prezident İlham Əliyev "güclü olan haqlıdır" prinsipini xeyrimizə çevirmək üçün mühüm addımları atdı və Azərbaycanı güc mərkəzi etdi.
a) Ordumuzun qüdrətlənməsi üçün MDB-də əksər ölkənin bacarmadığı gedişlər etdi. Müdafiə sənayesini qurdu, ölkəmiz silah istehsalına başladı. Hazırda Azərbaycan 700 adda silah-sursat, həmçinin, pilotsuz uçuş aparatları istehsal edir. Beləliklə müharibə vəziyyətində yaşayan və torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin silah idxalından asılılığına son qoyuldu. Bu göstəricilər düşmən üzərində qalibiyyətə zəmanət verir.
b) Bütün bunların fonunda İlham Əliyev Cənubi Qafqazın ən güclü iqtisadiyyatını Azərbaycanda yaratdı. Hazırda Azərbaycan regionun bütün iqtisadiyyatının 80 faizinə sahibdir.
c) Dahi Heydər Əliyev 1994-cü ildə Əsrin Müqaviləsini imzalamaqla qlobal enerji şəbəkəsində Azərbaycanı ən önəmli nöqtəyə çıxardı. Genetik kodlarında əsl strateq elementlərini daşıyan İlham Əliyev isə "XXI Əsrin Müqaviləsi"nə imza ataraq dünyanın enerji savaşında Azərbaycanı ən güclü cəbhəyə çevirdi. Çünki rusiyalı ictimai xadim Mariya Bolşakovanın təbirincə desək, "İlham Əliyev böyük strateqdir".
Onun "qaz müharibələrində" Azərbaycanı qalib etməsi və yeni "enerji şəbəkəsini" necə dəqiqliklə qurması həqiqətən insanı təəccübləndirir.
...Rusiya-Qərb qarşıdurmasını ən şiddətli həddə çatdıran amillərdən biri enerji idi və ABŞ buna qarşı Azərbaycanın da tərkibində yer aldığı "Nabucco" layihəsini önə sürmüşdü. Bəli, "Nabucco" Azərbaycanın enerji siyasətinə uyğun gəlirdi. Lakin Prezident İlham Əliyev başqa cür düşünürdü. Çünki bu layihənin Azərbaycan üçün gətirəcəyi dividend zərərlərindən az olacaqdı.
Birincisi, "Nabucco" yetərincə bahalı layihə idi və Azərbaycan ağılla, zəhmətlə topladığı kapitalını bu "dəbdəbəli işə" qoymaq istəmirdi.
İkincisi, bu layihədə yer almaq Rusiya ilə üz-üzə gəlmək idi. Bu, rəsmi Bakının balans siyasətinə uyğun gəlmirdi və bunu nəzərə almamaq ölkənin suverenliyi üçün gələcəkdə təhlükə yarada bilərdi.
Üçüncüsü, "Nabucco" adı özlüyündə bəzi məqamları gizlədirdi. Qərb incə gediş edərək, bu ad altında uzaq perspektivə hesablanan çox təhlükəli oyun başlatmışdı. Belə ki, İtaliya operası olan "Nabucco" adını qədim Babil hökmdarı "Nabukadnezar"ın adından götürmüşdü. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul olunurdu. Lakin bu layihəyə "Nabukadnezar"ın adından qaynaqlanan yarlığın yerləşdirilməsi vaxtilə Babil torpaqlarının indiki Şimali İraq ərazisini əhatə etməsi ilə sıx bağlı idi. Məqsəd həmin coğrafiyada Kürdüstan dövləti yaratmaq istəyən kürdlərin gələcəkdə iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Bakının belə bir layihədə iştirakı qardaş Türkiyəyə qarşı çıxmaq olardı.
Bu mürəkkəb və təhlükəli oyunu pozmaq, eyni zamanda, ölkənin milli maraqlarının zərbə altında qalmasının qarşısını almaq üçün olduqca üstün zəkaya sahib olmaq lazımdır. Prezident İlham Əliyev bu oyunu pozdu və Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan birbaşa Azərbaycanın gələcəyinə hesablanmış addım atdı. O, Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və qlobal vektorda heç kimin bacara bilmədiyi gediş etdi. O, böyük dövlətlərin kürəyini yerə vuraraq, "əsrin möcüzəsi" hesab olunan TANAP və TAP boru kəmərlərini gerçəkləşdirdi.
Onun ölkəyə rəhbərlik etdiyi dövr dünyada demokratik dəyərlərin eroziyaya uğradığı, kənar müdaxilələrin artdığı, müharibələrin şiddətləndiyi zamana təsadüf edir və bu, onun çiyinlərinə bütün bəlalardan, kataklizmlərdən Azərbaycanı qorumaq kimi taleyüklü məsuliyyəti qoyur.
Şərə qarşı döyüşən adam
İlham Əliyevin qlobal güc mərkəzlərinin müsəlman şərqində həyata keçirdikləri "parçala, hökmranlıq et" siyasətinə qarşı əzmlə mübarizəsini belə xarakterizə etmək olar. O, xain qüvvələrin Azərbaycana uzanan çirkin caynaqlarını kəsib atmağı bacardı.
... 1983-cü ildə ABŞ-da yaranan "Mürəkkəblik institutu" hazırda Yaxın Şərqdə tüğyan edən daxili müharibələri həyata keçirən nəzəriyyəni ortaya qoydu: "İdarəolunan xaos" nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, istənilən ölkənin daxilində xaos yaradılır və iğtişaşlar maraqlı qüvvələr tərəfindən idarə olunaraq, istənilən məcraya sürüklənir. "Ultraliberalistlərin" romantik leksikonu ilə desək "inqilab". Məhz "İdarəolunan xaos" nəzəriyyəsi ilə müsəlman şərqi çıxılmaz uçuruma sürükləndi, bütün coğrafiya alova büründü. "Romantik inqilab"ın ən "yaxşı" təqdim olunan nümunəsi Ukrayna oldu. Amma "slavyanların asi oğulları"nın da qazancları "demokratiya" yox, müharibə oldu.
Bütün Şərqi qaynayan qazana çevirməyi qarşılarına məqsəd qoymuş qüvvələr Azərbaycanın da eyni taleyi yaşamasını çox arzulayırlar.
"Axı nə üçün kiçik ölkənin azsaylı xalqı firavan yaşamalıdır, onlar kimdir axı?!"
Özlərini "ilahi güc" hesab edən qüvvələr Azərbaycan və bu ölkənin xalqı haqda bəlkə də belə düşünürlər. Lakin onlar bu millətin min illik şərəfli keçmişə sahib olduğunu və Tanrının ona böyük liderlər bəxş etdiyini unudurlar. Məhz buna görə bu qüvvələr tərəfindən daim Azərbaycana, Azərbaycan Prezidentinin müstəqil siyasətinə qarşı əsassız hücumlar baş verir.
"Güclü lideri istənilən sistemdən kənarlaşdırın və həmin sistemi çökdürün". Neoimperalizm nəzəriyyəsinin banilərindən biri belə deyib.
İlham Əliyev Azərbaycan üzərində oynanılan "neoimperalizm" oyunlarını alt-üst etdi. O, "xaos demokratiyasını" bir kənara qoydu və demokratiyanın milli modelini yaratdı.
"Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyil. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq".
Peter Drukerin "İnsan şəxsi keyfiyyətlərinə görə lider olur və onun rəhbərlik etdiyi ölkə də ona bənzəyir" sözləri yenə yada düşür...
Unutmamalıyıq, "Azadlıq - öz dəyərini seçmək bacarığıdır".
Biz bacardıq!!!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar