Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Yaxın gələcəkdə Azərbaycanın milli robotu da olacaq" — Misir Mərdanov

Baxılıb: 645     Tarix: 23-10-2018 16:41   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov ötən gün İmişlidəki "ASAN Həyat" kompleksində Prezident İlham Əliyevə təqdim olunan dünyaca məşhur robot "Sophia"dan danışıb.
M.Mərdanov "Ölkə.Az"a açıqlamasında bunun əhəmiyyətli hadisə olduğunu bildirib.
Sabiq nazir deyib ki, məşhur robotun Azərbaycana gətirilməsi çox mühüm hadisədir:
"Cənab Prezidentin İmişliyə səfəri, orada etdiyi açılışlar və dünyaca məşhur robotun ölkəmizə gətirilməsi çox mühüm hadisələrdir. Bu onu göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, elm və texnologiyalar sahəsində də inkişaf edir. Yəni, dünyanın aparıcı dövlətləri ilə yanaşı getmək istiqamətində ciddi addımlar atır. Bu, çox böyük uğurdur. Ümumiyyətlə, məşhur robotun Azərbaycana gətirlməsi çox əhəmiyyətli hadisədir".
M.Mərdanov əminliklə vurğulayıb ki, Azərbaycan alimləri qısa müddətdən sonra yeni uğurlara imza atacaq:
"Azərbaycan alimləri tərəfindən "Nobel" mükafatı almağa cəhdlər etmək olar. İnşallah gözləyək ki, yaxın gələcəkdə belə sevincli hadisələri də yaşayacağıq. Hətta, mənim şübhəm yoxdur ki, yaxın gələcəkdə Azərbaycanın milli robotu da olacaq".шаблоны для dle 11.2