Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Maqomayev məşhurlarımızı belə parodiya edib - Video

Baxılıb: 539     Tarix: 25-10-2018 16:31   

Bu gün dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatından 10 il ötür.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilib. Böyük bəstəkarlar Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs alıb.
İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb. Bundan əlavə, Azərbaycan SSR əməkdar artisti (1964), "Şöhrət" (1997), "İstiqlal" (2002) və "Şərəf" ordenlərinə (Rusiya 2002) layiq görülüb.
Maqomayev həmçinin, Azərbaycan Ali Sovetinin deputatı olub. O, 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Unudulmaz Maqomayev musiqi ilə yanaşı, film sahəsində də özünü sınayıb. Sənətkar “Nizami” filmində görkəmli Azərbaycan şairi Nizami Gəncəvini canlandırıb. Maqomayevin aktyorluq qabiliyyətini göstərən nüanslarda biri də onun digər böyük sənətkarımız – Rəşid Behbudov və Polad Bülbüloğlunu parodiya etməsidir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar