Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ziyad Səmədzadə kölgə iqtisadiyyatının azaldığını deyir

Baxılıb: 638     Tarix: 05-11-2018 11:43   

"Azərbaycan Konstitusiyasına edilən dəyişiklikərə görə, dövlət büdcəsi 3 oxunuşda müzakirə ediləcək. Daha sonra onun qəbulu haqqında Milli Məclis qərar çıxaracaq".
Qanunvehedef.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib. Ölkəmizdə uğurlu işlərin davam etdirildiyini deyən komitə sədri söyləyib ki, son 5 ildə görülən işlər mühüm rəqəmlərlə xarakterizə olunur.
Z. Səmədzadə qeyd edib ki, dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı davamılılığını nümayiş etdirir.
"Bu uğurun arxasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasəti dayanır. Dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir. Hökumət, eləcə də büdcənin hazırlanmasında iştirak edən qurumlar və strukturların kifayət qədər məsuliyyətli yanaşması büdcə zərfindəki göstəricilərin ildən-ilə daha da yaxşılaşmasına səbəb olur".
Komitə sədri bildirib ki, ölkəmizdə büdcə sistemi haqqında sanballı qərar qəbul edilib.
"Bu qərarın nəticələri haqqında qonaqlar ətraflı məlumat verəcəklər. Lakin deyə bilərəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni büdcə sistemi ilə bağlı dəyişikliklər mühüm rol oynayacaq".
Ziyad Səmədzadə ölkədə vergi sistemində mühüm addımların atıldığını qeyd edib.
"Məhz görülən işlərin nəticəsi olaraq, növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşıb. Azərbaycanın nüfuzunu artıran əsas göstəricilərindən biri büdcədə şəffaflığını təmin edilməsi, kölgə iqtisadiyyatının azalmasıdır. Bütün bunlar 2019-un büdcəsindəm də yer alıb. Büdcə sistemində yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar