Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Deputatdan himnin dəyişdirilməsinə etiraz

Baxılıb: 632     Tarix: 05-11-2018 11:59   

"Bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram".
Qanunvehedef.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib: "Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz, onlar qorunub saxlanmalıdır.
Himnimizin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var ki, hansılar ki, həmişə aktualdır. Mətnin uzunluğuna gəldikdə isə Yunanıstan himnində 158 sətir var, Argentina himni 9, Salvador himninin isə 8 bəndi var. Azərbaycan himni isə 4 bənddən ibarətdir. Ən qədim himn isə Niderlandındır ki. 1574 - ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənib".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar