Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Deputat maaşlarla bağlı məsələ qaldırdı

Baxılıb: 606     Tarix: 05-11-2018 13:57   

"Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına ümumi daxili məhsulu 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır ancaq ümumi daxili məhsulun 2 faiz artırılması proqnozlaşdırılır və cəmi 0,8 faiz artım var. Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır".
Qanunvehedef.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı keçirilən birgə iclasında deyib.
Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatının sosial blokla yetərincə əlaqəsi yoxdur. "Büdcədə artımlar var.
Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır.
Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensassiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar