Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rəşid Mahmudov bu dəfə Hadı Rəcəbliyə cavab vermək istəmədi - SƏBƏB

Baxılıb: 657     Tarix: 09-11-2018 13:59   
 

Azərbaycanın tanınmış həkimi, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində yaranmış problem tədricən aradan qalxır. Qanunvehedef.az bildirir ki, bu barədə yeniavaz.com-a açıqlamasında R. Mahmudov özü məlumat verib.
Xatırladaq ki, vəziyyəti ağır olduğundan Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiyasına yerləşdirilmişdi. Öd kisəsindən əməliyyat edilən Rəşid müəllimin müalicəsi hazırda ev şəraitində davam edir.
Rəşid Mahmudov: "Oğul, ölmüşdüm, o dünyadan qayıtdım. İndi babatam",-deyib.
"Həmişə hər kəsə istər sağlamlıq, istərsə də ağsaqqal kimi məsələhətlər verən Rəşid müəllim səhhətinin ağırlaşmasına niyə bu qədər biganə yanaşıb?" sualımıza onun cavabı belə oldu: "Problem birdən, qəflətən oldu. Heç kəsdə olan xəstəlik deyil, 2 orqan birdən-birə xəstələndi. Birinin təqsiri ucbatından. Pankreatit (mədəaltı vəzi iltihabı-red) idi. Pankreatitdən 100 adamdan 3-ü salamat çıxır. Sağalmağıma inanmırdım. Sağ olsun həkimlərimiz, böyük inad göstərdilər".
Həkimlər icazə verəcəyi təqdirdə R. Mahmudov yaxın günlərdə işə çıxmaq istəyir: "1-ci gün işə çıxmaq istəyirəm, görək həkim icazə verirmi?".
Rəşid Mahmudovdan gündəmdə olan mövzulara münasibət bildirib-bildirmədiyini də soruşduq.
"Nə mövzudur, məsələ nədir?", dedikdən sonra bildirdik ki, hazırda cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri uşaq pullarının bərpası ilə bağlı 100 gənc ailənin Milli Məclisə müraciətidir. Həmin gənc ailə başçıları 18 yaşadək uşaq pulu verilməsi xahişi ilə Milli Məclisə müraciət ünvanlayıblar. Ancaq Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında deputat Hadı Rəcəbli təklifində 3 yaşına qədər uşaqlara müavinət verilməsini istəyib. Bu isə birmənalı qarşılanmayıb. Hadı Rəcəblisinin feysbukdakı səhifəsinə rəy yazıb uşaq pulunun 18 yaşadək verilməsini istədiyini bildirənlərin şərhləri silinib.
Lakin Rəşid Mahmudov bu mövzuya münasibət bildirmək istəmədiyini deyib: "Nə istəyirsən, avtomat alım Hadı Rəcəblini güllələyimmi? Bir sözü də siz jurnalistlər deyin də. Deyin ay Hadı Rəcəbli, bəsdir də. Mən 2 dəfə demişəm. Məni öldütdürənə qədər əl çəkməyəcəksiniz siz jurnalistlər. Öz mövqeyinizi qoyun, yazın mən filankəsəm, bu belə olmalıdır. Jurnalist ancaq mikrofon tutandır? Get camaatdan soruş. Başqa deputat olsa, reaksiya verərdim, amma siz özünüz də bilirsiniz ki, mən onun neçə dəfə cavabını vermişəm".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar