Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Pensiya yaşı aşağı salınır? - Nazir açıqladı

Baxılıb: 1 069     Tarix: 15-11-2018 11:08   

Indi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:
“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.
Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.
Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar