Qərb Paşinyanı bu cür dəstəkləyir – Brayza açıqladı
Baxılıb: 710 Tarix: 15-11-2018 12:21
Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində çox güman ki, Nikol Paşinyan qalib gələcək. Bu isə İrəvanın kursunda Moskvanın qarşı olduğu köklü dəyişikliklərə gətirib çıxaracaq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.
Amerikalı diplomat Ermənistan iqtisadiyyatına Moskvanın nəzarət etdiyini və bununla da siyasi elitaya təsir göstərdiyini xatırladıb. O, Rusiyanın iqtisadi təsir rıçaqlarını işə salaraq Ermənistanın siyasi dairələrindəki əhval-ruhiyyəni dəyişməyə cəhd göstərmək ehtimalını da istisna etməyib.
“Ancaq inanıram ki, Nikol Paşinyan da Armen Sərkisyan və digər siyasətçilər kimi müstəqil olmağa cəhd edəcək”, - Brayza bildirib.
Diplomatın fikrincə, Paşinyanın Ermənistanda demokratik dəyişikliklərə nail olmaq istəyi Qərb tərəfindən dəstəklənir:
“Əgər Qərb Paşinyana həddən artıq aktiv dəstək nümayiş etdirsə, bu onun Moskanın rəqiblərinin əlində siyasi marionetə çevrildiyi kimi bir fikir formalaşdıra bilər. Buna görə də, mənim fikrimcə, Qərb Paşinyanın fəaliyyətinə düzgün hesab etdiyi addımlarla dəstək verəcək”.
Brayza bununla yanaşı, İrəvan və Moskvanın bir çox məsələlərdə həmfikir olmasından da danışıb:
“Ermənistanın dövlət sərhədinə Rusiya nəzarət edir. İrəvanın Moskvanın orbitindən çıxıb-çıxmayacağını görmək üçün zaman lazımdır. Etiraf etmək lazımdır ki, bir çox erməni Moskvanı xarici təhdidlərə qarşı müdafiəçi kimi görürlər. Rusiya ermənilər üzərində nəzarətə köklənsə də, tarix boyu bir neçə dəfə onları müdafiə edib”.
Diplomat Rusiyanın gələcəkdə də Ermənistanın siyasətində mərkəzi amil olaraq qalacağını bildirib.
Ən çox oxunanlar
Son xəbərlər