Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran Əsədov

Baxılıb: 957     Tarix: 16-11-2018 18:01   

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Abel Məhərrəmovun işdən çıxarılması böyük səs-küyə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.
Qanunvehedef.az bildirir ki, bununla bağlı Big.az -a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə BDU - ya təyinat olacaq: "Mən Bakı Dövlət Universitetinin rektor vəzifəsinə real namizəd kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU -da prorektor kimi çalışıb, hazırda BDU - da kafedra müdiridir. Eyni zamanda Nərgiz Paşayevanın rəhbəri olduğu Moskva Dövlət Universitetinin Bakı filialı kifayət qədər böyük işlər görüb, müsbət imic formalaşdırıb. İkinci namizəd kimi Azərbaycan Universitetinin eks rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb. 3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda Elmar müəllim BANM-a rəhbərliyi dövründə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə bilib, onun beynəlxalq imicini formalaşdıra bilib. Mən daha çox bu namizədlərin üzərində dayanıram".
Kamran Əsədov BDU-nun eks rektoru Abel Məhərrəmovun fəaliyyətindən də bəhs edib:
"Bakı Dövlət Universiteti mənim üçün doğma, müqəddəs məbəddir. BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Təkcə onun adı hər şeyi deyir. Onun adı gələndə insanlarda bir güvən, bir xoş təəssürat yaradır. Əlbəttə ki, heç kim vəzifədə əbədi deyil. Təyin olunan bir gün vəzifəsindən azad edilir. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İnfrastruktur layihələri həyata keçirilməsini təmin edib. Amma təbii ki, çatışmazlıqlar var idi. Amma BDU adi bir universitet deyil ki, burda nəsə problemsiz olsun. Nəzərə alsaq ki, BDU - da 24 min tələbə, 7 min müəllim, 3 mindən çox texniki işçi çalışırdı, böyük bir insan kütləsinin burda cəmləşdiyini görə bilərik".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar