Şərab biznesi ilə məşğul olduğu iddia edilən Abel Məhərrəmovun Həcc ziyarətindən FOTOSU
Baxılıb: 931 Tarix: 17-11-2018 16:24
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Musavat.com-a daxil olan məlumata görə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.
Mənbənin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.
Qanunvehedef.az big.az-a istinadən xəbər verir ki, qeyri-qanuni şərab biznesi ilə məşğul olan Abel Məhərrəmovun Həcc ziyarəti zamanı çəkilən şəkili sosial şəbəkədə müzakirələrə səbəb olub.
Həmin fotonu oxucularımıza təqdim edirik:
Ən çox oxunanlar
Son xəbərlər