Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fəttah Heydərov və nazirlər abidənin açılışında - Fot

Baxılıb: 889     Tarix: 05-05-2018 14:18   
Görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi tədqiqat laboratoriyasının yaradıcısı, əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın I Fəxri Xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, mərasimi giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb və ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına həsr edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb.
Tədbirdə mərhumun ailə üzvləri ilə yanaşı, dövlət və hökumət rəsmiləri də iştirak edib. Onlar arasında Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Daxili İşlər naziri Ramil Usubov, Təhsil naziri Ceyhun Bayramov, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Səbail rayon icra başçısı Eldar Əzizov, millət vəkilləri Elmira Axundova və Rəfael Hüseynov, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Azərbaycanın əməkdar memarı Rasim Əliyev, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı Natiq Əliyev də olub.
Tədbir iştirakçıları R.Əliyeva ilə bağlı çıxış edərək xatirələrini bölüşüblər.
Sonda mərhumun ailəsi adından çıxış edən qızları - Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva mərasim iştirakçılarına təşəkkür edib.
Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il mayın 6-da 85 yaşında vəfat edib.




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar