Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İŞINI ÇOX SEVIR VƏ ÖHDƏSINDƏN LAYIQINCƏ GƏLIR VÜSALƏ HƏKIM

Baxılıb: 1 215     Tarix: 24-11-2018 00:15   

Hər bir insan haqqında söz demək, söhbət açmaq, əlinə qələm alıb kiminsə haqqında nəsə yazmaq istəyənlər özündə məsuliyyət hiss etməlidir. Öz ömrünü xalqına həsr edən,insanların sağlam həyat sürməsi naminə öz əməyini əsirgəməyən şəfalı əllərə sahib olan həkim haqqında yazı hazırlamaq ikiqat məsuliyyətdir. Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan 
Vüsalə həkim  ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir  
Vüsalə  həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən  razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.  
Azərbaycanımızın tanınmış mama- ginekoloqu  Vüsalə Səmədovanın  adı respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. 
Vüsalə Səmədova  həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. 
Vüsalə Səmədova  Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin  daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır. Həkimə müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razı halda deyirlər: 
Vüsalə həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır. Bunları yazmaqda məqsədim Vüsalə həkimi reklam etmək deyil. O, reklama ehtiyyacı olmayan, tibbin banisi Hippokrat andını şərəflə yerinə yetirən bir  Doktordur!.. Mən onunla qürur duyduğum, fəxr etdiyim üçün yazıram.  Elimizin belə qızları ilə hamımız fəxr etməliyik.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər