Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dizel maşınlarının idxalı dayandırılır? - DGK sədri

Baxılıb: 893     Tarix: 29-11-2018 15:55   

Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasına qatılmış Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev açıqlama verib.
Qanunvehedef.az xəbər verir ki, komitə sədri Report-a açıqlamasında bildirib ki, “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edərək bu sahədə Azərbaycanın təcrübəsini bölüşüb.
“Tarixi İpək Yolunun Azərbaycandən keçməsi hesabına ölkəmiz bütün dövrlərdə dünya ticarətində intensiv əlaqə yaradılmasında müstəsna rol oynayıb. Hazırda Azərbaycanın gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılmasına, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib. İƏT-in builki sessiyasında çox əhəmiyyəti və maraqlı məsələlər gündəmə gətirilib. Bunlar ticarətin artırılması və asanlaşdırılması, islam ölkələrində vahid risklərin idare edilməsi və azad ticarət zonalarının yaradılması, azad ticarət sazişlərinin imzalanması mövzulardır. Azərbaycanın bu sahələrdə təcrübəsi barədə fikir və mülahizələrimizi bölüşdük. Son dövrdə gömrük sistemimizdə aparılan islahatlardan danışdıq. Gömrük-biznes əməkdaşlığının inkişafı, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər haqqında üzv ölkələrin təmsilçilərinə məlumatlar verdik”, - deyə o qeyd edib.
Bundan başqa, DGK sədri dizel yanacağı ilə işləyən avtomobillərin Azərbaycana idxalının dayandırılması ehtimalına da münasibət bildirib və bu məsələnin Nazirlər Kabinetinin qərarından asılı olacağını deyib.
Xatırladaq ki, Almaniyanın Ali Məhkəməsi ölkədə dizel avtomobillərin istismarının qadağa olunmasına icazə verib. Bu qərarın fonunda həmin nəqliyyat vasitələrinin ucuzlaşması və digər ölkələrə, o cümlədən Azərbaycana ixracının sürətlənməsi gözlənilir.

шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking