"Heydər Əliyevin adı, siyasi irsi yeganə birləşdirici faktor olaraq qalır. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dövlətçiliyinin sabahı bizim Heydər Əliyevin siyasi və dövlət xadimi, mütəfəkkir, qurucu obrazını gənc və gələcək nəsillərə necə təqdim edə biləcəyimizdən birbaşa asılıdır.
Xalqımız dövlətimiz onun xatirəsini əziz tutur, ona istinad edir, onu hər gün, hər an xatırlayır.
Amma dövlətçilik ənənəsini yaşatmaq və inkişaf etdirmək üçün sevgi yetərli olmaya bilər. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq lazımdır. Onun İctimai fikirdəki Dahi Öndər , ümummilli lider kimi məqamı sabit və birmənalıdır. Heydər Əliyevin siyasi və tarixi statusu hüquqi çərçivədə təsbit olunmalıdır. Düzdür, Milli Məclisdə “eks-prezident” haqında qanun qəbul olunub.
Amma həmin qanun Heydər Əliyevə yalnız üçüncü prezident statusunu şamil etməklə kifayətlənir.
Mən hesab edirəm ki, Azərbaycan respublikasının milli məclisi 1995-ci ildə qəbul edilmiş “Qurtuluş günü haqqında” qanunu əsas götürərək bu mövzuya yenidən qayıtmalı, hökumətimizə yeni təklif və layihələr təqdim etməlidir”.
Əməkdaşımızın “sizin konkret bir ideyanız varmı” sualına cavab olaraq sabiq millət vəkili deyib: "Mən çox istərdim ki, Heydər Əliyevin anIt məzar kompleksi tikilsin. Daha ideal olar ki, bu kompleks dövlət bayrağı meydanı ilə birlikdə inşa edilərdi. Təbi ki, detallar barədə müzakirələr açmaq mümkündür.
Əlbəttə, “Fəxri Xiyaban” bizim fəxr etdiyimiz ünvanlardan biri, müqəddəs ziyarətgahdır.
Orada bizim tarixi şəxsiyyətlərimiz, dahilərmiz dəfn olunub. Ancaq bütün hallarda “Fəxri Xiyaban” qəbiristanlıq təəssüratı yaradır. Heydər Əliyev müasir Azərbaycanı dövlətinin banisidir. Ona aid nə varsa, onu xatırlayan nə varsa dövlətçilik məzmunu daşımalıdır”.