Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vahid Ələkbərov 3.5 milyard qazandı

Baxılıb: 791     Tarix: 02-01-2019 17:34   
Rusiyanın ən varlı şəxslərinin cəmi sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb.
Report-un məlumatına görə, reytinq, ümumilikdə, dünyanın ən varlı 500 adamını əhatə edir.
Rusiyadan həmin siyahıya 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.
Vladimir Potaninin sərvəti il ərzində 687 mln. dollar artaraq 19,6 mlrd. dollara çatıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutub. Siyahıda ikinci yerdə Leonid Mixelson yer alıb. Onun sərvəti ötən il ərzində 2,77 mlrd. dollar artaraq 19,4 mlrd. dollara yüksəlib. Bunadək Mixelson varlı ruslar siyahısında ardıcıl dörd ay birinci yerdə olub. Üçüncü yerdə isə il ərzində sərvətinin 146 mln. dollar azalmasına baxmayaraq, Vladimir Lisin yer alıb. Onun sərvəti ilin sonuna 17,9 mlrd. dollar dəyərləndirilib.
Daha sonra reytinqdə 17,4 mlrd. dollar sərvəti ilə Aleksey Mordaşov qərarlaşıb. Milyarder il ərzində 2,23 mlrd. dollar itirib. İlk beşliyi il ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran “Lukoyl” prezidenti Vahid Ələkbərov tamamlayıb.шаблоны для dle 11.2