Xəbər lenti
Arxiv
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İTV-nin yeni baş direktoru kimdir? - DOSYE

Baxılıb: 641     Tarix: 11-05-2018 19:14   
Bu gün İTV-nin Yayım Şurasının iclasında Cəmil Quliyevin İTV-nin baş direktoru səlahiyyətlərinə xitam verilib, onun yerinə Balakişi Qasımov yeni baş direktor seçilib.
 
 
Qanunvehedef.az İTV-nin yeni baş direktorunun dosyesini təqdim edir:
 
 
Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib.
 
Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.
 
Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.
 
2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.
 
2017-ci ildə "Kim? Harda? Nə vaxt?" hərəkatının inkişafına verdiyi töhfələrə görə Vladimir Voroşilov mükafatının laureatı olub.
 
Ailəlidir, 2 övladı var.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar