Gürcüstanda nə baş verir? – RƏY
Baxılıb: 701 Tarix: 13-05-2018 10:08
Mayın 12-də Gürcüstan güc strukturlarının “Bassiani” və “Qalerei” gecə klublarında həyata keçirdiyi xüsusi əməliyyat Tbilisidə etirazlara səbəb olub.
Bu vəziyyət müxtəlif beynəlxalq ekspert cəmiyyətində geniş müzakirələrə səbəb olub.
Qanunvehedef.az-ın məlumatına görə, ekspertlərin bəzisi hesab edir ki, ermənilərin pis nümunəsi gürcülərə də mənfi təsir göstərib, digərləri isə düşünür ki, Gürcüstanda “məxməri” də olsa inqilab qoxusu hiss olunmur.
Rusiyalı bloqer və siyasi icmalçı Denis Korkodinovun sözlərinə görə, Gürcüstan dövlət çevrilişinə hazırlaşır:
“Gürcüstan parlamentinin qarşısına minlərlə insan toplaşaraq hazırki rəsmi şəxslərə etiraz edirlər. Aksiya iştirakçılarının əsas tələbi ölkənin baş naziri və daxili işlər nazirinin istefasıdır.
Dövlət orqanları gənclərin etirazları qarşısında öz gücünü itirir. Tbilisiyə daxili qoşunlar yeridilir. Güc strukturları etirazçıların parlamentə hücum edərək dövlət çevrilişi həyata keçirə bilməsini istisna etmir”.
Gürcüstanın özündə isə etirazlara soyuqqanlı yanaşılır.
Politoloq Qela Vasadzenin sözlərinə görə, dövlət çevrilişindən söhbət gedə bilməz:
“Orada mindən çox etirazçı yoxdur. Onların da çoxu gənclərdir. Baş nazirin etiraz məsələsinə gəlincə, bunu toplaşanlar deyib, tribunadan səsləndirilməyib”.
Vasadze qeyd edib ki, bütün bu çaxnaşmalar sadəcə daxildəki vəziyyətlə mübarizə üçündür:
“Qanunlara əməl etmək lazımdır. O zaman gənclər də sakitləşəcək. Gənclərə azad Gürcüstan lazımdır. Azadlıq isə qanunun aliliyindən başlayır”.
Ən çox oxunanlar
Son xəbərlər